Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Bala Kolatan kənd sakinləri ilə görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 iyun tarixində verir.
Araz Əhmədov qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləyib. Qəbulda qaldırılan məsələlərdən bir neçəsi yerindəcə həll olunub, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib və müraciətlərinə həsasslıqla yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verilib.