Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Masallıda vətəndaşlarla görüşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 aprel tarixində verir.
Qəbul Heydər Əliyev Mərkəzində baş tutub. Burada Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Cəbrayıl rayon sakinlərinin müraciətləri dinlənilib. Müraciətlərin bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Əlavə olaraq, görüşdə qida sahəsində işlə təmin olunmaq istəyən vətəndaşların müraciətlərinə də baxılıb.