Masallı rayonunun Aşurlu kəndində fəaliyyət göstərən ət satışı məntəqəsində plandankənar yoxlama keçirilib. Bu haqda məlumatı Cenublu.az 22 may tarixində AQTA-ya istinadən verir.
Qida təhlükəsizliyi müfəttişləri tərəfindən aparılan yoxlama zamanı sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qanunvericiliyin tələblərinə uyğun olaraq, məntəqənin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.