Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəranda fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrini cərimələyiblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 iyun tarixində verir.
Digah yolu, Ələt–Astara magistralı və Vilvan kəndi ünvanlarında yerləşən ət satışı obyektlərində yoxlamalar həyata keçirilib. Nəticədə məntəqələrin sahibləri – Ramin Əhmədov və Elşən Hacıyevə protokollar tərtib edilib.