Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Astarada yerləşən ticarət obyektini cərimələyib. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 iyul tarixində verir.
Belə ki, Astara şəhəri, H.Aslanov küçəsində yerləşən və Bayramov Mail Nail oğluna məxsus market qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması və obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməmələri səbəbindən cərimələnib.