"Aqrar İnkişaf Könüllüləri" Təşkilatının təşkilatçılığı ilə Lənkəran-Astara iqtisadi regionunda fəaliyyət göstərən nümayəndəliklər ilə hesabat görüşü keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 avqust tarixində verir.
İlkin olaraq görüş zamanı “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının ümumi fəaliyyəti, yarım il ərzində həyata keçirilən layihələr və gələcəkdə nəzərdə tutulmuş fəaliyyət barədə məlumat verilib.
Daha sonra Lənkəran-Astara iqtisadi regionunda fəaliyyət göstərən nümayəndəliklərin yarım illik hesabatları dinlənilib və məzun könüllülərə sertifikatlar təqdim olunub.
Sonda aqrar sahənin ölkə iqtisadiyyatındakı əhəmiyyəti və gənc könüllülərin aqrar sahədə əldə edə biləcəkləri uğurlardan danışılıb.