top
Anomal istilər həşəratları vaxtından əvvəl oyatdı:Çəyirtkələrin qarşısı alınmasa nə baş verə bilər
21 fevral 2026, 16:00
- ↺ +

Anomal istilər həşəratları vaxtından əvvəl "oyatdı":Çəyirtkələrin qarşısı alınmasa nə baş verə bilər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son günlər müşahidə olunan anomal istilərin yaratdığı fəsadlar ciddi narahatlıq doğurur. Təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə qış mövsümünə uyğun olmayan hava şəraiti müşahidə olunur və bəzi yerlərdə bu hal meşə yanğınları ilə nəticələnib.

Mütəxəssislər bildirirlər ki, belə hava şəraiti əkin sahələrinə, bağçılıq təsərrüfatına və məişətə zərər verən ziyanvericilərin artmasına səbəb olur. Havanın temperaturunun kəskin yüksəlməsi həşəratların aktivləşməsinə gətirib çıxarıb. Bölgələrdə xüsusilə çəyirtkələrin sayının artdığı qeyd olunur.

Ekoloq Sərvər Nəbiyev Bizim.Media-ya açıqlamasında bildirib ki, anomal istilər nəticəsində çəyirtkə və digər həşəratların artması həm qısamüddətli təsirlərlə, həm də uzunmüddətli iqlim dəyişiklikləri ilə bağlı ola bilər.

"Anomal istilər böcəklərin daha sürətli inkişaf etməsinə şərait yaradır. İstilik onların metabolizmini sürətləndirir və əlverişli şəraitdə daha çox nəsil vermələrinə səbəb olur. Qısamüddətli istilik dalğaları və rütubət dəyişiklikləri də çoxalmanı təşviq edə bilər", – deyə o qeyd edib.

Mütəxəssisin sözlərinə görə, qlobal iqlim dəyişikliyi fonunda anomal istilər, qeyri-sabit yağıntılar və quraqlıqlar daha tez-tez müşahidə olunur. Bu isə bəzi həşərat növlərinin artımına zəmin yaradır.

Ekoloq vurğulayıb ki, istilər davam edərsə, təxirəsalınmaz tədbirlər görülməlidir. Zərərvericilərin erkən aşkarlanması üçün mütəmadi monitorinq aparılmalı, potensial böhranların qarşısı vaxtında alınmalıdır.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
09 noyabr 2026, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
09 noyabr 2026, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
09 noyabr 2026, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
09 noyabr 2026, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
09 noyabr 2026, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
09 noyabr 2026, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
09 noyabr 2026, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər