Lənkəran Dövlət Dram Teatrının aktyoru Allahverən Babayevin bacısı oğlu dəm qazından boğulub. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 fevral tarixində Lent.az-a istinadən verir.
Hadisə Xəzər rayonunun Binə qəsəbəsində baş verib. 38 yaşlı Aqil Rəhimov yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.