Lənkəran Dövlət Dram Teatrında "Bir, iki, bizimki" tamaşası nümayiş olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 iyun tarixində verir.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Lənkəran Dövlət Dram Teatrında çıxış edib. Xalq yazıçısı Kamal Abdullanın əsəri əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rejissoru Rafael Həsənov, səs rejissoru Şahanə Səlimova, rejissor assistenti Nərmin Camalovadır.
Rollarda Əməkdar artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya Ağa, Xədicə Novruzlu və Davud Arif çıxış edirlər.