Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov 3 avqust tarixində Yardımlıda vətəndaşları qəbul edəcək.
Cenublu.az xəbər verir ki, qəbulda rayon sakinlərinin məşğulluq, özünüməşğulluq proqramı, peşə hazırlığı kursları və Agentliyin fəaliyyətinə dair müraciətləri dinləniləcək.
Görüşə yazılmaq istəyənlər 27 iyul saat 14:00-dək (055) 282-01-10 nömrəsinə zəng edə və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.
Qəbul 3 avqust saat 11:00-da Yardımlı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək. Şəhid ailələri, müharibə əlilləri və digər imtiyazlı şəxslər növbədənkənar qəbul olunacaqlar.