top
Adaşının adına avtomobil olduğu üçün Cəlilabad sakini sosial yardım ala bilmir
25 yanvar 2024, 07:40
- ↺ +

Adaşının adına avtomobil olduğu üçün Cəlilabad sakini sosial yardım ala bilmir

Cəlilabad rayonunun Şabanlı kənd sakini Sadıqov Asif Nadir oğlu maraqlı halla üzləşib. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 yanvar tarixində Bizim.media-ya istinadən verir.

Belə ki, o sosial yardım almaq üçün müvafiq quruma müraciət edib və adına nəqliyyat vasitəsinin olduğu üçün imtina cavabı alıb.

Onun adına BDYPİ-nin sistemində “Niva” markalı avtomobil görünsə də, A.Sadıqov heç vaxt avtomobilinin olmadığını iddia edir. Məsələyə aydınlıq gətirmək üçün A.Sadıqov müvafiq qurumlara müraciət edib.

Araşdırma zamanı məlum olub ki, əslində sözügedən “Niva” markalı avtomobil Bakı şəhəri, Nəsimi rayonu, Rəsulzadə küçəsində yaşayan Sadıqov Asif Nadir oğluna məxsusdur.

A.Sadıqov problemi həll etmək üçün Lənkəran Regional Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsindən adına nəqliyyat vasitəsinin olmaması barədə arayış alaraq nazirliyin sisteminə yerləşdirib. Amma məsələ yenə də həllini tapmayıb. Sənədlərin müddəti bitdiyi üçün Asif eyni məzmunlu təmizlik arayışını yenidən alsa belə, problem olduğu kimi qalıb.

Məsələ ilə bağlı ƏƏSMN-dən bildirilib ki, Cəlilabad rayon sakini Sadıqov Asif Nadir oğlunun ünvanlı dövlət sosial yardımı ilə bağlı 2023-cü ilin sentyabr, oktyabr və noyabr ayları üzrə müraciətlərinə elektron sistem tərəfindən imtina verilib:

“İmtinalara səbəb Asif Sadıqovun vergi ödəyicisi kimi uçota alınsa da, gəliri barədə məlumatın təqdim edilməməsi və muzdlu işlə əlaqədar gəlirlərini təsdiqləyən MDSS ödənişlərinin olmaması olub. Bu il yanvarın 10-da ailə ünvanlı dövlət sosial yardımı ilə bağlı yenidən elektron qaydada müraciət edib. Bu dəfə elektron sistemdə Asif Sadıqovun adına nəqliyyat vasitəsi çıxdığına görə müraciətə imtina verilib. Hazırda vətəndaşın müraciətinə elektron qaydada baxılır, qısa müddət ərzində bununla bağlı müvafiq qərar qəbul ediləcək”.

[caption id="attachment_52625" align="alignnone" width="336"]Cəlilabad sakini sosial yardım ala bilmir Foto Bizim.media[/caption]

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Kriminal
Dünən, 17:46

Başını divara çırpıb təpiklədi: keçmiş arvadı yenə də onu bağışladı

Bütün xəbərlər
Dünən, 17:15

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

Bütün xəbərlər
Dünən, 16:40

FHN: Bu il suda boğulma təhlükəsi ilə üzləşən 107 nəfər xilas olunub

Bütün xəbərlər
Dünən, 16:10

Lənkəranda hissedilən zəlzələ olub

Bütün xəbərlər
Dünən, 15:50

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
Dünən, 15:15

Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər suda boğulub

Kriminal
Dünən, 14:40

Lənkəranda oğlan anasının sevgilisini gicgahından bıçaqladı

Cəmiyyət
Dünən, 14:13

Astaradan olan şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 13:31

Sabah rayonlara yağış yağacaq

Bütün xəbərlər
Dünən, 12:58

FHN: Bu il subasma səbəbindən köməksiz qalan 1351 vətəndaş təxliyə edilib

Kriminal
Dünən, 12:20

Qaşlarına baxım edən arvadını taxta ilə döydü – Lənkəranda qəribə hadisə

Bütün xəbərlər
Dünən, 11:45

Doğum günündə şəhid olan igidimiz

Kriminal
Dünən, 11:14

150 min manatlıq dələduzluq: Lənkəranda şübhəli şəxs saxlanıldı

Bütün xəbərlər
Dünən, 10:49

Cəlilabadda turşu hazırlayan qadın bıçaq yarası aldı

Siyasət
Dünən, 10:13

DİN: Son bir ayda at arabalarının iştirakı ilə baş verən qəzalarda 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Cəmiyyət
Dünən, 09:49

Cəlilabadda ev yanıb

Bütün xəbərlər
Dünən, 09:17

Sabirabadda avtomobil qadını vuraraq öldürüb

Bütün xəbərlər
Dünən, 00:05

Vətən müharibəsinin xronikası: 29 sentyabr

Kriminal
28 sentyabr 2026, 17:57

Sabirabadda direktor vəzifəsi vədi ilə dələduzluq – MƏHKƏMƏ

Bütün xəbərlər
28 sentyabr 2026, 17:15

Şəhid Məhəmməd Babazadənin xatirəsi anılır

Bütün xəbərlər
28 sentyabr 2026, 16:40

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
28 sentyabr 2026, 16:00

Cəlilabadda 3 uşaq anası bir aydır itkin düşüb

Bütün xəbərlər
28 sentyabr 2026, 15:30

Sabah hava necə olacaq?

Oxşar xəbərlər