Masallı rayon Vəkil Bürosunun vəkilləri vətəndaşlara pulsuz hüquqi yardım göstəriblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 dekabr tarixində verir.
Vətəndaşların müraciətlərinin əksəriyyəti inzibati məsələlər, mülkiyyət hüquqları, hüquqi faktların müəyyən edilməsi, pensiya, kredit mübahisələri, mənzil və digər sosial məsələlərlə bağlı olub. Belə ki, “Açıq qapı” günü çərçivəsində əhaliyə hüquqi məsləhətlər verilib, həmçinin müvafiq yazılı ərizələr tərtib edilib.
Qeyd edək ki, 2023-cü il “Heydər Əliyev İli” ilə əlaqədar Vəkillər Kollegiyası tərəfindən hər təqvim ayının 10-da vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilib.