Uzun müddət “AAAF Park-Astara”nın direktoru vəzifəsində çalışan iş adamı Elçin Səfərov bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 sentyabr tarixində Yenisabah.az-a istinadən verir.
Bədbəxt hadisə dünən gecə baş verib. E. Səfərov Bakı şəhəri, Yeni Yasamal qəsəbəsində yaşadığı mənzilin eyvanından yıxılıb. Üçüncü mərtəbədən yıxılan iş adamının başı əvvəlcə kondisionerə, daha sonra yerə dəyib.
Hadisə nəticəsində E. Səfərov vəfat edib.