Lənkəranda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 iyun tarixində Apa.az-a istinadən verir.
“Şiləvar dördyolu” adlanan ərazidə minik avtomobili yolu keçmək istəyən rayon sakini, 67 yaşlı Nərminə Səfərovanı vurub. Yaralı xəstəxanaya çatdırılıb.