Astara Tarix-Diyarşünaslıq Muzeyində “Sağlam cəmiyyət, güclü dövlət” mövzusunda tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 may tarixində verir.
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar keçirilən tədbirdə 5 saylı məktəbin müəllim və şagirdləri iştirak ediblər. Mövzu ilə bağlı muzeyin əməkdaşı Elnarə Əhmədova uşaq hüquqları haqqında iştirakçılara maarifləndirici məlumatlar verib.
Yığıncaqda uşaqların ifasında Dövlət Himni və vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib. Yekunda uşaqlar muzeyə ekskursiya ediblər.