top
300 bal toplayan astaralı məktəblinin uğur SİRRİ
18 aprel 2025, 05:00
- ↺ +

300 bal toplayan astaralı məktəblinin uğur SİRRİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Martın 9-da keçirilən XI sinif buraxılış imtahanında ən yüksək nəticə göstərən (300 bal ) 20 şagirddən biri də Astara rayonu N.Kərimov adına Ərçivan qəsəbə 3 nömrəli tam orta məktəbin şagirdi Əliəkbər Ağayevdir. 

“Azərbaycan müəllimi” qəzeti Əliəkbərlə həmsöhbət olub.

O, buraxılış imtahanında maksimum nəticə göstərərək həm ailəsinin, həm də müəllimlərinin qürur mənbəyinə çevrilib. 

Əliəkbərin sözlərinə görə, bu uğurun ən əsas sirri özünə güvənmək və hədəfinə inanmaq olub: “Özümə güvənirdim. İnanırdım ki, bu balı toplayacağam. Əlbəttə, valideynlərimin də dəstəyi böyük rol oynayıb. Onların inamı məni daha da ruhlandırırdı”. Əliəkbər deyir ki, imtahana hazırlıq dövründə bütün fənlərə eyni dərəcədə önəm verib. Çətinliklərlə qarşılaşdığı hallarda isə müəllimlərinin dəstəyindən istifadə edib: “Bütün fənlərə eyni zaman ayırdığım üçün hamısının öhdəsindən gələ bilirdim. Çətinlik çəkdiyim zaman da müəllimlərim yanımda olurdu, suallarımı səbirlə cavablandırırdılar”.

Onun uğur formulu sadə, lakin hər kəs üçün nümunə ola bilər: planlı çalışma və vaxtın düzgün bölüşdürülməsi. Əliəkbər deyir ki, dərslə yanaşı istirahətə də vaxt ayırmaq ona daha uğurlu nəticələr əldə etməyə imkan verib: “Cədvəlimi düzgün planlaşdırdığım üçün həm dərsə, həm də istirahətə vaxt ayıra bilirdim. Yorğun beyinlə dərs oxumağın faydası olmur”.

Əliəkbər uğur yolunda ailəsinin dəstəyini xüsusilə vurğulayır. Onun sözlərinə görə, bu gün qazandığı nailiyyətlərin bünövrəsi ibtidai sinifdə qoyulub: 

“Ən böyük əmək anamındır. İbtidai sinifdə bünövrəmi qoymaqda onun rolu danılmazdır. Bundan başqa, atamın riyazi biliklərindən də çox faydalanmışam. Hər zaman mənə dəstək olublar”. Gələcək arzusu isə bir çox gəncin seçmək istədiyi, şərəfli və məsuliyyətli bir peşədir. Əliəkbər həkim olmağı arzulayır və bu yolda səylə çalışmağa davam edir.

Əliəkbər Ağayevin hekayəsi sübut edir ki, qarşıya məqsəd qoyduqda, ona doğru inamla və əzmlə irəlilədikdə uğur qaçılmaz olur.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Dünən, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Dünən, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
08 noyabr 2026, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
08 noyabr 2026, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
08 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
08 noyabr 2026, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
07 noyabr 2026, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
07 noyabr 2026, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
07 noyabr 2026, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Kriminal
07 noyabr 2026, 12:19

Salyanlı onu əvəz etməyən iş yoldaşını döydü — MƏHKƏMƏ

Bütün xəbərlər
07 noyabr 2026, 11:34

Lerikdə sabiq vəzifəli şəxs vəfat etdi

Oxşar xəbərlər