top
2 yaşlı Nəzrinin ölümünə səbəb olan sınıqçının işində narazılıq - Mənəvi zərərə görə 10 min ödəniləcək
27 mart 2025, 07:03
- +

2 yaşlı Nəzrinin ölümünə səbəb olan sınıqçının işində narazılıq - Mənəvi zərərə görə 10 min ödəniləcək

Biləsuvarın Bəydili kəndində sınıqçı kimi tanınan 1961-ci il təvəllüdlü Nərgiz Şahverən qızı İmanovanın körpə uşağın ölümünə səbəb olması faktı ilə bağlı açılan cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bakupost.azxəbər verir ki, Nərgiz İmanova yaşadığı evdə Biləsuvar şəhər sakini, 2022-ci il təvəllüdlü Nəzrin Emin qızı Qubadlının sümüklərini masaj edərkən azyaşlının vəziyyəti pisləşib. Nəticədə 2 yaşlı N.Qubadlı ölüb.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılıb. Ona qarşı Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam ölümünə səbəb olma maddəsi ilə ittiham irəli sürülüb.

Nərgiz İmanova istintaq zamanı və məhkəmədə ifadə verəndə özünü təqsirli bilib. Lakin son sözündə özünü təqsirli bilməyərək məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edib.

Onun sözlərinə görə uşaq onun yanına iki dəfə gətirilib.

Birincidə masaj edib: “Nənəsi zəng elədi ki, uşaq yeriyə bilmir, ayağı ağrıyır. Yanıma gətirəndə baxdım ki, uşağın sol ayağı qısadır. Ailəsinə də dedim. Bir az masaj edəndən sonra apardılar. Ancaq sol tərəfini masaj etdim. Uşaq dayanmadan ağlayırdı. Uşağı aparandan sonra nənəsi yenə zəng edib uşağın ağrıdığını dedi. Mən də dedim ki, indi edəcəyim heç nə yoxdur. Səhər uşağı yenə gətirdilər. Həmin gün masaj eləmədim. Nənəsi uşağı yerə qoyanda 3 addım gedəndən sonra qucağına aldı. Uşaq ağlayanda küçəyə çıxdılar. Nənəsi qışqırdı ki, uşağın halı pisləşdi. Taksi ilə xəstəxanaya getdilər. Sonra öyrəndim ki, uşaq ölüb”.

Nərgiz İmanovanın sözlərindən məlum olub ki, orta təhsillidir, heç bir tibb müəssisəsində oxumayıb, ali və ya orta ixtisas tibb təhsili yoxdur. Sadəcə, kənddə sınıqçı kimi tanınıb.

Uşağın atası Emin Qubadlının ifadəsindən məlum olub ki, Nəzrinin ayağında problem ayağının burxulması ilə yaranıb.

“Hadisədən 2-3 gün əvvəl evdə ayağı burxulmuşdu. Həkimə apardıq, rentgen etdilər. Amma heç bir problem olmadığını, sınıq, çıxıq olmadığını dedilər. Evə gələndən sonra ağrıları artdı, axsamağa davam elədi. Düşündük ki, damar damarın üstünə çıxar. Ona görə də xalq təbabəti yolu ilə həll etmək üçün sınıqçı yanına apardıq. Dedi ki, uşağı sağaldacam. Əlləri ilə uşağın iki topuğunu tutub dartdı. Bədəninin müxtəlif yerlərini möhkəm masaj eləməyə başladı. Uşaq ağlayırdı. Dedi ki, damar genişlənir deyə uşaq ağlayır”.

Emin Qubadlı deyib ki, həmin gün evə qayıdandan sonra uşağı ümumiyyətlə yeriyə bilməyib və bütün gecəni ağlayıb: “Anam yenə zəng elədi. Dedi ki, sabah uşağı gətirin, sağaldacam. Səhər uşağı bir də apardıq. Mən çöldə gözlədim. Eyni qaydada yenə masaj elədi. Uşaq qışqırmağa davam edəndə həyətə keçdim. Uşağın dodaqları göyərmişdi. Şokda idi. Xəstəxanaya çatanda həkim dedi ki, uşaq dünyasını dəyişib. Qızımın ölümünə səbəb Nərgizdir. Onun uşağa verdiyi ağrılar şoka düşərək ölməsinə səbəb oldu”.

O, övladının ölümündə günahkar bildiyi qadına ağır cəza verilməsini istəyib.

Ekspertiza rəyinə görə Nəzrin Qubadlının aşağı ətraflarına və bədən səthinə göstərilən güclü təzyiqlər, dartmalar, burmalar, sıxmalar nəticəsində yaranmış ağrı şoku onun ölümünə səbəb olub.

Mərhumun ailəsi maddi ziyan olaraq Nərgiz İmanovadan 20 min manat, mənəvi ziyan olaraq isə 30 min manat tələb edib.

Məhkəmənin hökmü ilə Nərgiz İmanova 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

Məhkəmə mənəvi zərərə görə 10 min manatın Nərgiz İmanovadan tutularaq zərərçəkmiş tərəfə ödənilməsi barədə də qərar çıxarıb.

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 00:01

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 18:17

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 17:41

Lənkəranda məktəb və bağça yolunu küçə itləri zəbt edib

İqtisadiyyat
19 sentyabr 2026, 17:00

Azərbaycanda ayaqqabı istehsalı artıb

İdman
19 sentyabr 2026, 16:15

"İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb

Kriminal
19 sentyabr 2026, 15:30

Polis 40 kiloqramdan artıq narkotik vasitə aşkarladı

Kriminal
19 sentyabr 2026, 14:50

Ötən gün axtarışda olan 159 nəfər saxlanılıb

Bütün xəbərlər
19 sentyabr 2026, 14:10

İgid şəhidimizin doğum günüdür

Kriminal
19 sentyabr 2026, 13:34

Ötən gün vətəndaşlarda qanunsuz saxlanılan 16 tüfəng aşkarlanıb

Bütün xəbərlər
19 sentyabr 2026, 13:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
19 sentyabr 2026, 12:12

Şəhid Famil Ağaşovun doğum günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 11:26

Bir sutkada qazanılan tarixi Zəfər

Kriminal
19 sentyabr 2026, 10:45

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 73 nəfər tutulub

Kriminal
19 sentyabr 2026, 10:05

Arvadı ilə söhbət edən qohumunu döydü

İqtisadiyyat
19 sentyabr 2026, 09:26

Azərbaycan neftinin qiyməti 122 dolları ötüb

Bütün xəbərlər
19 sentyabr 2026, 00:01

Lokal antiterror əməliyyatlarından üç il ötür

Bütün xəbərlər
18 sentyabr 2026, 17:10

Yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
18 sentyabr 2026, 16:30

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Bütün xəbərlər
18 sentyabr 2026, 15:55

Salyanda motosiklet piyadanı vuraraq öldürüb

Kriminal
18 sentyabr 2026, 15:20

Sabirabadda arvadını yumruqlayan kişi məhkəmədə peşman oldu

Bütün xəbərlər
18 sentyabr 2026, 14:30

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
18 sentyabr 2026, 13:40

Cəlilabadda yol kənarı zibil poliqonuna çevrilib - VİDEO

Bütün xəbərlər
18 sentyabr 2026, 12:50

Sabah hava necə olacaq?

Kriminal
18 sentyabr 2026, 12:10

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb

Oxşar xəbərlər