Lənkəran və Masallı rayonlarında fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində monitorinq keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 iyun tarixində AQTA-ya istinadən verir.
Qida təhlükəsizliyi əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı obyektlərdə bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
