top
11 yaşlı qıza təcavüz edən 44 yaşlı kişiyə hökm oxunub
20 yanvar 2024, 07:05
- ↺ +

11 yaşlı qıza təcavüz edən 44 yaşlı kişiyə hökm oxunub

Lənkəran rayonunun Tütəpeştə kəndində 11 yaşlı qıza təcavüz etmiş şəhər sakini, 44 yaşlı Ceyhun Liftiyevə hökm oxunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 yanvar tarixində verir.

C.Liftiyev Cinayət Məcəlləsinin 150.3.3-cü (14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq əməlləri) maddəsi ilə təqsirli bilinib.

Məhkəmədə məlum olub ki, Ceyhun Liftiyev Lənkəranla Bakı arasında özünə məxsus “Mercedes-Benz” markalı avtomobillə taksi fəaliyyəti göstərib. Üç uşaq atası olan Ceyhun Liftiyevin təcavüz etdiyi 11 yaşlı qız isə onun arvadının əmisi nəvəsi olub və hadisə vaxtı beşinci sinifdə oxuyurmuş.

Ceyhun Tütəpeştə kəndinə qohumuna bağlama apararkən azyaşlı qızın evdə tək olmasını bilib və mənzilə daxil olaraq sərxoş halda ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Qız başına gələnləri qonşuluqda yaşayan qohumuna və nənəsinə deyib və polisə məlumat verilib. Az sonra Ceyhun Liftiyev saxlanılıb və barəsində cinayət işi açılıb.

Ağır Cinayətlər Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli hökmü ilə Ceyhun Liftiyev 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdə onun cəzasını ciddi rejimli müəssisədə çəkəcəyi də qeyd edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Kriminal
Dünən, 17:46

Başını divara çırpıb təpiklədi: keçmiş arvadı yenə də onu bağışladı

Bütün xəbərlər
Dünən, 17:15

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

Bütün xəbərlər
Dünən, 16:40

FHN: Bu il suda boğulma təhlükəsi ilə üzləşən 107 nəfər xilas olunub

Bütün xəbərlər
Dünən, 16:10

Lənkəranda hissedilən zəlzələ olub

Bütün xəbərlər
Dünən, 15:50

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
Dünən, 15:15

Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər suda boğulub

Kriminal
Dünən, 14:40

Lənkəranda oğlan anasının sevgilisini gicgahından bıçaqladı

Cəmiyyət
Dünən, 14:13

Astaradan olan şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 13:31

Sabah rayonlara yağış yağacaq

Bütün xəbərlər
Dünən, 12:58

FHN: Bu il subasma səbəbindən köməksiz qalan 1351 vətəndaş təxliyə edilib

Kriminal
Dünən, 12:20

Qaşlarına baxım edən arvadını taxta ilə döydü – Lənkəranda qəribə hadisə

Bütün xəbərlər
Dünən, 11:45

Doğum günündə şəhid olan igidimiz

Kriminal
Dünən, 11:14

150 min manatlıq dələduzluq: Lənkəranda şübhəli şəxs saxlanıldı

Bütün xəbərlər
Dünən, 10:49

Cəlilabadda turşu hazırlayan qadın bıçaq yarası aldı

Siyasət
Dünən, 10:13

DİN: Son bir ayda at arabalarının iştirakı ilə baş verən qəzalarda 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Cəmiyyət
Dünən, 09:49

Cəlilabadda ev yanıb

Bütün xəbərlər
Dünən, 09:17

Sabirabadda avtomobil qadını vuraraq öldürüb

Bütün xəbərlər
Dünən, 00:05

Vətən müharibəsinin xronikası: 29 sentyabr

Kriminal
28 sentyabr 2026, 17:57

Sabirabadda direktor vəzifəsi vədi ilə dələduzluq – MƏHKƏMƏ

Bütün xəbərlər
28 sentyabr 2026, 17:15

Şəhid Məhəmməd Babazadənin xatirəsi anılır

Bütün xəbərlər
28 sentyabr 2026, 16:40

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
28 sentyabr 2026, 16:00

Cəlilabadda 3 uşaq anası bir aydır itkin düşüb

Bütün xəbərlər
28 sentyabr 2026, 15:30

Sabah hava necə olacaq?

Oxşar xəbərlər