İyunun 4-də müşahidə ediləcək hava şəraiti açıqlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 iyun tarixində verir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Cənub bölgəsində havanın, əsasən, yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20°, bəzi yerlərdə 25° isti olacaq.