SON XƏBƏRLƏR

Cəlilabadda baş vermiş qəza nəticəsində Masallı rayon sakini vəfat edib. Bu haqda bu gün, 9 sentyabr tarixində Cenublu.az DİN-ə istinadən xəbər verir.

Hadisə rayonun Uzuntəpə kəndi ərazisində baş verib. Masallı rayon sakini M.Talıbovun idarə etdiyi  “Mercedes” və Bakı şəhər sakini R.Əliyevin sükanı arxasında olduğu “İsuzu” markalı avtomobillər toqquşub.

Nəticədə M.Talıbovun avtomobilində olan sərnişinlərdən – onun həyat yoldaşı Zümrüd hadisə yerində ölüb, özü və gəlini xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri ağırdır.

Hazırda məsələ ilə bağlı araşdırma aparılır.