Lənkəranda uşaqlar üçün əyləncə mərkəzi tikilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 may tarixində verir.
Belə ki, şəhərin mərkəzində, Qala Xiyabani küçəsində inşa olunan yüngül konstruksiyalı tikilinin yaxın zamanda istifadəyə veriləcəyi gözlənilir.
Qeyd edək ki, əyləncə mərkəzinin tikildiyi ərazi daha öncə yaxınlıqda yerləşən “Borani” restoranının avtomobil dayanacağı kimi istifadə olunurdu. Bir müddət öncə isə burada uşaqlar üçün açıq havada attraksion qurulub.
