top
Lənkəranda tanışını qətlə yetirən şəxs Ali Məhkəməyə müraciət edib
25 noyabr 2023, 05:54
- ↺ +

Lənkəranda tanışını qətlə yetirən şəxs Ali Məhkəməyə müraciət edib

Lənkəranda tanışını qətlə yetirməkdə təqsirli bilinən Hüseyn Nəzərli Ali Məhkəməyə müraciət edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 noyabr tarixində Olke.az-a istinadən verir.

Onun şikayətinə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq. İş üzrə məhkəmə baxış iclası gələn il fevralın 6-na təyin olunub.

Qeyd edək ki, Hüseyn Nəzərli Lənkəran şəhərində yerləşən avtomobil ehtiyat hissələri mağazasında satıcı, onun tanışı Sakit isə həmin mağazanın həyətində aparılan tikinti işlərində fəhlə işləyiblər. Sakit ondan zəhmət haqqını tələb edərkən kassada pul olmadığı üçün onların aralarında mübahisə yaranıb. Mübahisə zamanı Sakit yumruqla Hüseynin burun nahiyəsindən vurub.

Aralarında yaranmış münaqişəni sonlandırmaq məqsədilə Hüseyn Sakit İbrahimzadə ilə Lənkəran şəhəri, “Ləvəngi dairəsi” adlı yerdə görüşüb və onlar taksi ilə Lənkəran çayının Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisindən keçən hissəsinə, dəmir yolu körpüsünün altındakı yola gəliblər.

Orada aralarında yaranmış mübahisə zamanı Hüseyn Nəzərli üzərində götürdüyü bıçaqla Sakit İbrahimzadənin sol bud və sol qasıq nahiyələrinə qəsdən zərbələr endirib.

Hüseyn Nəzərli Sakit İbrahimzadənin qanitirməsinin çox olduğunu görüb və öləcəyindən qorxduğu üçün özünə məxsus mobil telefonla tanışlarına zəng edib, onları hadisə yerinə köməyə çağırıb. Sonuncuların və özünün köməyi ilə Sakit Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.

İxtisaslı tibbi yardım göstərilsə də, Sakit İbrahimzadənin həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən Hüseyn Nəzərli barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hüseyn Nəzərli 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən apellyasiya şikayəti verilib.

Şikayət araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib. Hakim Məhəmməd Bağırovun sədrliyi ilə baş tutan iclasda apellyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Qərara görə, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilən şikayət təmin edilməyib.

 

Son xəbərlər

Kriminal
Bu gün, 17:46

Başını divara çırpıb təpiklədi: keçmiş arvadı yenə də onu bağışladı

Bütün xəbərlər
Bu gün, 17:15

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

Bütün xəbərlər
Bu gün, 16:40

FHN: Bu il suda boğulma təhlükəsi ilə üzləşən 107 nəfər xilas olunub

Bütün xəbərlər
Bu gün, 16:10

Lənkəranda hissedilən zəlzələ olub

Bütün xəbərlər
Bu gün, 15:50

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
Bu gün, 15:15

Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər suda boğulub

Kriminal
Bu gün, 14:40

Lənkəranda oğlan anasının sevgilisini gicgahından bıçaqladı

Cəmiyyət
Bu gün, 14:13

Astaradan olan şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 13:31

Sabah rayonlara yağış yağacaq

Bütün xəbərlər
Bu gün, 12:58

FHN: Bu il subasma səbəbindən köməksiz qalan 1351 vətəndaş təxliyə edilib

Kriminal
Bu gün, 12:20

Qaşlarına baxım edən arvadını taxta ilə döydü – Lənkəranda qəribə hadisə

Bütün xəbərlər
Bu gün, 11:45

Doğum günündə şəhid olan igidimiz

Kriminal
Bu gün, 11:14

150 min manatlıq dələduzluq: Lənkəranda şübhəli şəxs saxlanıldı

Bütün xəbərlər
Bu gün, 10:49

Cəlilabadda turşu hazırlayan qadın bıçaq yarası aldı

Siyasət
Bu gün, 10:13

DİN: Son bir ayda at arabalarının iştirakı ilə baş verən qəzalarda 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Cəmiyyət
Bu gün, 09:49

Cəlilabadda ev yanıb

Bütün xəbərlər
Bu gün, 09:17

Sabirabadda avtomobil qadını vuraraq öldürüb

Bütün xəbərlər
Bu gün, 00:05

Vətən müharibəsinin xronikası: 29 sentyabr

Kriminal
Dünən, 17:57

Sabirabadda direktor vəzifəsi vədi ilə dələduzluq – MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 17:15

Şəhid Məhəmməd Babazadənin xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 16:40

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 16:00

Cəlilabadda 3 uşaq anası bir aydır itkin düşüb

Bütün xəbərlər
Dünən, 15:30

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:00

Azərbaycanda 1 nəfər quduzluğa yoluxub

Oxşar xəbərlər