Lənkəran şəhər 9 saylı tam orta məktəbinin binası qəzalı vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 oktyabr tarixində verir.
Valideynlər bildirirlər ki, məktəb binasının döşəməsi tamamilə sıradan çıxıb:
“Bir neçə müəllimin burada ayağı sınıb, şagirdlərin ayaqlarına mismar batıb. Dəfələrlə dərs vaxtı panellər partanın üstünə tökülüb. Pəncərələr qırılıb, damı axıdır. Yağış yağan kimi sinif otaqları su ilə dolur. Məktəbimiz 7 şəhid verib. Təhsili güclü olduğundan övladlarımızı məktəbdən çıxarmaq istəmirik. Amma aidiyyəti qurumlardan dönə-dönə xahiş edirik, məktəbi təmir etsinlər”, – deyə valideynlər bildiriblər.