top
Cənub: iki rayon arasında arı qalmaqalı yaşanıb
16 iyul 2022, 00:09
- +

Cənub: iki rayon arasında arı qalmaqalı yaşanıb

Astara arıçıları qanunsuz olaraq gecə vaxtı arıları Biləsuvar rayonuna gətirib və burada yerləşdiriblər. Bununla bağlı Biləsuvar Rayon Fermerlər Şurasının və arıçıların rayon təşkilatının sədri Hacı Gülağa Hüseynov şikayətini Qafqazinfo.az-a bildirib.

Onun sözlərinə görə, bu vəziyyət artıq 3-4 ildir davam edir. “Bu hal arıçılıq haqqında qanunun kobud şəkildə pozulması deməkdir. Bizim arılarımızda xəstəlik riski yaranır və sort qarışıqlığı olur”, - deyə o bildirib.

“Məsələ ilə bağlı Astara Dövlət Aqrar İnkişaf Mərkəzinə müraciət etmişəm. Onların sədri zəng edərək faktı təsdiqlədi - Astaradan qanunsuz miqrasiya olunur. Sədr Etibar Abbasov bildirib ki, iki dəfə iclas keçirib və arıların Biləsuvar rayonu ərazisinə aparılmasının qeyri-qanuni olduğunu söyləyib. Lakin, buna baxmayaraq, yenə də gətirirlər. Biləsuvar rayon Polis Şöbəsinə və İcra Hakimiyyətinə də müraciət etmişəm. Ancaq şəxsin kim olduğunu tapa bilmirlər”, - deyə Hüseynov əlavə edib.

Biləsuvar Rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, arılar gecə saatlarında Astaradan gətirilərək Biləsuvardakı torpaq sahələrində yerləşdiriliblər. Bunun üçün də əvvəlcədən torpaq sahibləri ilə razılaşıblar. Amma bütün bunlar tam qanunsuzdur.

Qeyd edək ki, Nazirlər Kabinetinin 16 nömrəli qərarına əsasən, Astara arıları yalnız Cəlilabad, Masallı, Yardımlı, Lənkəran və Lerik rayonlarına miqrasiya oluna bilərlər. Onların Biləsuvara miqrasiyası yolverilməzdir. Buna səbəb isə iqlim şəraitinin müxtəlifliyidir.

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:00

Azərbaycanda şəkər və qənd istehsalı 31 %-ə yaxın artıb

Bütün xəbərlər
Bu gün, 16:10

5 uşaq atasının dənizdə boğulduğu deyilirdi - Ölkəni tərk edibmiş

Bütün xəbərlər
Bu gün, 15:30

Oqtay Əmənullayev vəzifəsindən AZAD OLUNDU

Bütün xəbərlər
Bu gün, 14:01

İtkin kimi axtarışı aparılan 8 nəfər tapıldı

İqtisadiyyat
Bu gün, 13:15

Azərbaycan neftinin qiyməti 97 dolları ötüb

Bütün xəbərlər
Bu gün, 12:30

Limanda yeməkxananın arxası zibilliyə çevrilib - VIDEO

Bütün xəbərlər
Bu gün, 12:00

Sabah hava necə olacaq?

Kriminal
Bu gün, 11:30

DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 11:00

Mollakənd sakinləri köhnə elektrik xətlərindən narazıdır

İdman
Bu gün, 10:34

Lənkəranlı güləşçi dünya üçüncüsü oldu

Bütün xəbərlər
Bu gün, 09:50

Vətən müharibəsi şəhidimizin ad günüdür

Kriminal
Bu gün, 09:17

Özlərini "Azərişıq"ın işçiləri təqdim edərək qız qaçırdanlarla bağlı qərar

Bütün xəbərlər
Dünən, 18:01

Avqustun ilk yarısında 11 504 uşağa 15 893 peyvənd tətbiq olunub

Faydalı
Dünən, 17:00

Məktəbli forması ilə bağlı valideynlərə MÜRACİƏT

İdman
Dünən, 16:00

Cəlilabadlı boksçu Avropa çempionatının finalına vəsiqə qazanıb

Bütün xəbərlər
Dünən, 15:30

Salyanda avtomobil piyadanı vuraraq öldürüb

Bütün xəbərlər
Dünən, 15:00

Vətən müharibəsi şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 14:30

Sabah 40 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 14:00

İmişlidə I Qarabağ müharibəsinin itkin-şəhidi Mürşüd Nərimanov dəfn edilib

İdman
Dünən, 13:30

Toral Bayramovun klubu Türkiyə 1-ci Liqasında azarkeş rekorduna imza atıb

Kriminal
Dünən, 13:00

Ötən gün 4,2 kiloqram narkotik vasitə aşkarlanıb

Bütün xəbərlər
Dünən, 12:30

Lənkəranda sürücü sükan arxasında ölüb

Kriminal
Dünən, 12:00

Azyaşlı qızla cinsi münasibətə görə 20 yaşlı oğlana ağır cəza

Kriminal
Dünən, 11:30

Cinayət törətməkdə şübhəli bilinən 76 nəfər saxlanıld

Oxşar xəbərlər