Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib. Bu haqda məlumatı Сenublu.az bu gün, 24 may tarixində verir.
“Gənclərin insan hüquqları və gender bərabərliyi haqqında məlumatlılıq səviyyəsinin artırılması, gənclər arasında antisosial davranışlar və zərərli vərdişlərin qarşısının alınması və preventiv tədbirlər” mövzusunda baş tutan tədbirdə Peşə Təhsili Mərkəzinin direktoru, müəllimlər və tələbələr iştirak ediblər.
Tədbirdə daha sonra BMT-nin İnsan Hüquqları Ümumi Bəyannaməsi, İqtisadi sosial və mədəni hüquqlar haqqında Benəlxalq Pakt, Mülki və siyasi hüquqlar haqqında Benəlxalq Pakt, AİHK, Gender bərabərliyi, gender stereotipləri, antisosial davranışların və zərərli vərdişlərin qarşısının alınması və digər mühüm müddəalar barədə geniş məlumat verilib.