Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi qeydə alınıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 may tarixində Report.az-a istinadən verir.
Rayon sakini, 31 yaşlı Vahid Nuriyev ayağında şiş yarandığı üçün xəstəxanaya müraciət edib.
Məlumata görə, xəstəxanada ona sistem köçürülüb, bundan sonra kişi şoka düşüb və dünyasını dəyişib.
"Xəstəyə ilkin tibbi yardım göstərilən zaman onun halı pisləşib. Daha sonra o, reanimasiya şöbəsinə yerləşdirilib. Lakin aparılan reanimasion tədbirlərə baxmayaraq, xəstə vəfat edib", – deyə xəstəxanadan bildirilib.
Qeyd edək ki, mərhum iki uşaq atasıdır.
Araşdırma aparılır.