top
Bu gün Xalq artisti Yalçın Rzazadənin anım günüdür
22 fevral 2024, 00:42
- +

Bu gün Xalq artisti Yalçın Rzazadənin anım günüdür

Bu gün, 22 fevral tarixində Azərbaycan Respublikasının Xalq artisti Yalçın Rzazadənin anım günüdür.

Yalçın Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəran rayonunun Boladı kəndində ziyalı ailəsində doğulub. 1963-1967-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda, 1968-1973-cü illərdə Üzeyir Hacibəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.

Yalçın Rzazadəni Azərbaycan tamaşaçısına tanıdan onun 60-cı illərin sonunda musiqisi Cahangir Cahangirova aid "Durnalar" mahnısı olub.

İllər ərzində Cahangir Cahangirov, Tofiq Quliyev, Emin Sabitoğlu, Oqtay Kazımi, Telman Hacıyev, Elza İbrahimova, Oqtay Rəcəbli, Ramiz Mirişli, Nəriman Məmmədov, Kamal, Eldar Mansurov, Firəngiz Babayeva kimi bəstəkarlar ona mahnılar yazıblar.

Bu illərdə Yalçın Rzazadə "Od içində" filmində baş rola – Əmir bəy roluna dəvət alır. Bu filmdən sonra Yalçın Rzazadə yenidən filmlərə dəvət alsa da, çoxsaylı qastrol səfərləri, Azərbaycanın bölgələrində verdiyi konsertlər filmlərə çəkilməyə imkan vermir. "Dədə Qorqud", "Gün keçdi", "Qaynana","Bayquş qayıdanda", "Baladadaşın ilk məhəbbəti" kimi filmlərin musiqilərinə Yalçın Rzazadə öz ifası ilə ölməzlik bəxş edib.

1979-cu ildə Əməkdar artist, 2000-ci ildə Xalq artisti adlarına, 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Bununla yanaşı, 2 dəfə karate üzrə çempion olub. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Vokal və pop musiqi kafedrasının müdiri olub. Ömrünün sonuna qədər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.

22 fevral 2021-ci ildə 75 yaşında vəfat edib.

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:00

Ötən il Azərbaycanda 20 ildən çox davam edən nikahlar arasında 2 500-dən çox boşanma olub

Siyasət
Dünən, 16:00

Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib

Faydalı
Dünən, 15:00

Şənbə günü hava necə olacaq?

Siyasət
Dünən, 14:03

Arzu Əliyeva Lənkəran səfərindən paylaşım edib - VİDEO

Kriminal
Dünən, 13:00

Ötən gün narkotiklərlə əlaqəli 35 fakt müəyyən olunub

Kriminal
Dünən, 12:00

5 azərbaycanlı dənizçi PUA hücumu nəticəsində həlak olub

Cəmiyyət
Dünən, 11:02

Zəfərə 1 gün qalmış şəhid olan Şuşa fatehimiz

Kriminal
Dünən, 10:01

İmişlidə kişi kirayə qaldığı evin həyətində ölü tapıldı

Bütün xəbərlər
Dünən, 09:03

Bu gün Lənkəranın bir sıra əraziləri işıqsız qalacaq

İdman
04 iyun 2026, 16:26

Masallıdan UFC-yə: Tahir Abdullayev dünyanın ən nüfuzlu döyüş təşkilatında

Bütün xəbərlər
04 iyun 2026, 15:25

Ötən ay dövlət sərhədində 5 milyon 609 min 617 manatlıq qaçaqmal tutulub

Bütün xəbərlər
04 iyun 2026, 14:31

Cəlilabadda yol qəzası: Yük maşını avtomobillə toqquşub

Bütün xəbərlər
04 iyun 2026, 13:30

Sabah hava necə olacaq?

Bütün xəbərlər
04 iyun 2026, 12:34

Azərbaycanın ən yaşlı sakini vəfat edib

Kriminal
04 iyun 2026, 11:35

Bacısının qayınatasını aqressiv cavabına görə öldürmək istədi

Bütün xəbərlər
04 iyun 2026, 10:26

Geomaqnit qasırğası olacaq

Bütün xəbərlər
04 iyun 2026, 09:22

Həkim Vaqif Səmədov vəfat edib

Kriminal
03 iyun 2026, 17:50

15 yaşlı qızla "TikTok"da başlayan əlaqə: Cəlilabadda səs-küylü məhkəmə işi

Kriminal
03 iyun 2026, 16:51

Astarada "Şəhram"ın həyətində dava məhkəmə ilə bitdi

Bütün xəbərlər
03 iyun 2026, 15:55

Bəzi ərazilərə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
03 iyun 2026, 15:02

"TikTok"da qadınla canlı yayım açdı, arvadının başından vurdu

Kriminal
03 iyun 2026, 13:56

Salyanda 5 kiloqram narkotik vasitə aşkarlanıb

Bütün xəbərlər
03 iyun 2026, 12:59

Sabah hava necə olacaq?

Bütün xəbərlər
03 iyun 2026, 12:00

Salyanlı şəhidimizin doğum günüdür

Oxşar xəbərlər