Lənkəran şəhərində yerləşən Əsgər Əliyev adına parkda sakinlərin istirahəti üçün lazımi şərait yoxdur. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 iyun tarixində verir.
Sakinlər bildirirlər ki, parkda cəmi 2 oturacaq var, zibil qutusu isə, ümumiyyətlə, yoxdur.
“Mərkəzə yaxın yerləşən bir parkdır. Hündür ağacları, gözəl mənzərəsi var. Yayda kölgəlik olur. Amma gəl ki, orada oturub istirahət etmək üçün oturacaq çox azdır. Həmçinin zibil qutularının da olmaması parkın çirklənməsi ilə nəticələnir. Aidiyyəti qurumlardan xahiş edirik, nöqsanları aradan qaldırsınlar”, - deyə şəhər sakinləri bildiriblər.