Lənkəran rayonu Şirinsu kənd tam orta məktəbinin binası qəzalı vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 may tarixində Oxu.az-a istinadən verir.
60 ilə yaxındır tikilib istifadəyə verilən tədris ocağı bu günədək əsaslı təmir olunmayıb. Hazırda məktəb valideynlərin maddi dəstəyi əsasında qismən təmir olunub.
Məktəbdə laboratoriya, idman zalı, fizika və kimya kabinetlərinin olmaması təhsilin keyfiyyətinə də mənfi təsir göstərir.
Məsələ ilə bağlı Lənkəran rayonu üzrə təhsil sektorunun müdiri Elman Rzayev bildirib ki, 2007-ci ildə məktəb üçün yeni tədris korpusu tikilib. Sözügedən köhnə korpusda isə şərait aşağı səviyyədədir. Onun sözlərinə görə, artıq müvafiq qurumlar baxış keçiriblər və məktəbin yeni tikilən təhsil ocaqlarının siyahısına salınması nəzərdə tutulub.