top
Masallının ilk qadın müəllimlərindən olan Layə Əhmədovanı tanıyaq
22 dekabr 2024, 02:30
- +

Masallının ilk qadın müəllimlərindən olan Layə Əhmədovanı tanıyaq

Layə Əhmədova 1914-cü ildə Masallının Mahmudavar kəndində anadan olub, ilk ibtidai təhsilini də həmin kənddə aldıqdan sonra Lənkəran Pedaqoji Məktəbinə daxil olub. Oranı əlaçı şagird kimi 1933-cü ildə bitirib və elə həmin tədris ilindən Masallı rayonunun Çayqıraq kəndində işə başlayıb. O dönəmlər parta olmadığı üçün şagirdlər həsir üzərində əyləşir və bu formada dərs keçirilirdi.

Layə Əhmədova Masallı rayonu Bədəlan və Türkoba kənd məktəblərində də çalışmışdı. Layə müəllimənin Türkoba məktəbindən olan şagirdləri yüksək elmi dərəcələrə yiyələniblər. Nümunə kimi akademik Bahadır Tağıyev, dosent Qulamhüseyn Əliyevi göstərmək olar.

1940-cı ildən 1998-ci ilə kimi doğma kəndində müəllimə kimi çalışıb. Mahmudavar kəndində də elm sahəsində yüksək nailiyyətlər əldə etmiş şagirdləri kifayət qədər olub. Elmlər doktorları Mehman Ağayev, Rəfayıl Eyvazov, fəlsəfə doktorları Rahib Əliyev, Habil Fəttayev və.s şəxsləri nümunə kimi göstərmək olar.

Layə Əhmədovanın fəaliyyətləri yüksək qiymətləndirilib, "Qabaqcıl Maarif Xadimi" döş nişanı ilə təltif olunub. Həmçinin "Əmək igidliyinə görə" medalı, "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı", Stalin mükafatı və bir çox dövlət medalları, fəxri fərmanlar, mükafatlarla təltif olunub.

Layə müəllimə Masallı rayonunun ilk qadın müəllimlərindəndir. O, həmçinin Mahmudavar kəndinin ilk qadın müəlliməsidir.

Layə Əhmədova 2003-cü il oktyabrın 5-də vəfat edib.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:00

19 mart qısaldılmış iş günü olacaq

Bütün xəbərlər
Dünən, 16:06

Azərbaycanda 100 kişi atalıq məzuniyyətinə çıxdı

Bütün xəbərlər
Dünən, 15:15

İmişlidə kişi evində ölü tapıldı

İqtisadiyyat
Dünən, 14:28

"Azəriqaz"ın baş direktoru Lənkəranda vətəndaş qəbulu keçirəcək

Bütün xəbərlər
Dünən, 13:23

Sabahın hava proqnozu açıqlanıb

Bütün xəbərlər
Dünən, 12:30

Xəzərdə köməksiz qalanlar xilas edildi

Faydalı
Dünən, 11:34

Masallıda idman paradı və I Regional idman festivalı keçiriləcək

Kriminal
Dünən, 10:40

Qayınatasının başına daş çırpdı, sonra da döydü

Cəmiyyət
Dünən, 09:30

Atasına zəfər qurbanı kəsməsini vəsiyyət edən şəhidimiz

Kriminal
03 mart 2026, 17:21

Ali Məhkəmə Qobuda arvadını və körpə qızını öldürməkdə təqsirləndirilən şəxslə bağlı qərar verib

Bütün xəbərlər
03 mart 2026, 16:00

Sabahın hava proqnozu açıqlanıb

Siyasət
03 mart 2026, 15:01

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kriminal
03 mart 2026, 14:00

Lənkəranda evlərdən oğurluq edən saxlanılıb

Kriminal
03 mart 2026, 13:02

Qətlə cəhddə ittiham olunan federasiya vitse-prezidentinə BƏRAƏT

Siyasət
03 mart 2026, 12:05

Üzərliyə görə Rusiyadakı səfirliyimizə nota verildi

Cəmiyyət
03 mart 2026, 11:03

19 yaşlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
03 mart 2026, 10:02

Masallıda təndirxanada nöqsanlar aşkarlanıb, fəaliyyəti məhdudlaşdırılıb

Cəmiyyət
03 mart 2026, 09:00

Bu gün Od çərşənbəsidir

Bütün xəbərlər
02 mart 2026, 18:03

Salyanda 356 abonentin qazı kəsiləcək

Kriminal
02 mart 2026, 17:10

Lənkəranda qadın sürücünü təqib edənə HÖKM

Siyasət
02 mart 2026, 16:02

İrandan Azərbaycana vətəndaşların keçidi davam edir

Bütün xəbərlər
02 mart 2026, 14:56

Masallı sakinin meyiti Bakıda dənizdə tapıldı

Bütün xəbərlər
02 mart 2026, 14:00

Sabah hava necə olacaq? - PROQNOZ

Bütün xəbərlər
02 mart 2026, 13:03

Masallı İdman Kompleksində ÖLÜM

Oxşar xəbərlər