top
“Lənkəran” qəzetinin ilk məsul katibi şair Müzəffər Nəsirli
13 sentyabr 2022, 02:00
- +

“Lənkəran” qəzetinin ilk məsul katibi şair Müzəffər Nəsirli

Müzəffər İbrahim oğlu Nəsirli 1902-ci ildə Lənkəran rayonunun Şağlakücə kəndində anadan olub. O, “Leninçi” (indiki Lənkəran) qəzetinin ilk məsul katibi idi.

O, 1929-1931-ci illərdə Azərbaycan Öyrənmə Cəmiyyətinin Lənkəran şöbəsinin katibi, 1931-1934-cü illərdə isə “Qızıl Talış” (indiki Lənkəran) qəzetinin məsul katibi işləyib. Nəsirli 1936-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib [1].

1929-cu ildə Müzəffər Nəsirli Şöyüb Mürsəlovla talış dilində “Səvodin bıbən” (Savadlı olun) adlı ilk kitabını yazıb [2]. O,1930-cu ildə Zülfüqar Əhmədzadə ilə məktəb üçün dərsliklər hazırlayıb [1]. Daha sonra Müzəffər coğrafiya dərsliyini Azərbaycan dilindən talış dilinə tərcümə edib və “Talış nəğmələri” kitabını çap edib [2].

Nəsirli 18 noyabr 1928-ci ildə Bakıda ilk dəfə radioda Talış folklorunun nümunələrini - talış dilində 4 mahnını səsləndirib. Yazıçı Əsgər Quliyev öz məqalələrindən birində onun haqqında belə yazıb: “Nəsirli maraqlı və istedadlı insan idi, tarda yaxşı ifa edirdi, yüksək səslə oxuyurdu. Satirik əsərlər hazırlayırdı. Rejissor və eyni zamanda aktyor idi” [3].

Nəsirli professor Boris Miller və Elmi Tədqiqat Institutunun əməkdaşı, professor Vəli Xuluflu ilə talış dilinin tədqiqi, folklor nümunələrinin toplanması istiqamətində elmi ekspedisiyalarda iştirak edib.

1930-cu illərdə Nəsirli repressiya olunaraq, 7 illik həbs cəzası alıb. Lakin o, Daşkənddə 2 il həbsxanada qaldıqdan sonra, ittiham əsassız olduğundan 5 mart 1940-cı ildə azadlığa buraxılıb.

Müzəffər Nəsirli 1940-1941-ci illərdə Bakıda müəllim işləyib. O, 1941-1944-cü illərdə Masallı şəhər 1 saylı orta məktəbdə direktor müavini kimi çalışıb [1].

Müzəffər Nəsirli 3 mart 1944-cü ildə xəstəlikdən vəfat edib və Masallı şəhər qəbiristanlığında dəfn olunub [1,2].

Hazırda Lənkəran şəhərinin küçələrindən biri onun adını daşıyır [1].

Ədəbiyyat: 


  1. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.

  2. https://ambur.az/muzeffer-nesirli-1902-1944

  3. https://ru.freejournal.org/8317513/1/nasirli-muzaffar.html

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:01

Toy karvanında avtoxuliqanlıq edənlər məsuliyyətə cəlb olunublar

Kriminal
Bu gün, 16:03

7 nəfərin meyiti tapıldı

Kriminal
Bu gün, 15:02

Çayların mühafizə zolaqlarına qanunsuz müdaxilə hallarına qarşı tədbirlər keçirilib

Cəmiyyət
Bu gün, 14:11

16 yaşa qədər uşaqların sosial şəbəkələrdən istifadə etməsinə məhdudiyyət qoyulacaq

Bütün xəbərlər
Bu gün, 13:03

Ailə başçısını itirməyə görə ötən ay 195 155 şəxsə pensiya və müavinət ödənilib

Bütün xəbərlər
Bu gün, 12:03

İmişli sakini Araz çayında batdı

Bütün xəbərlər
Bu gün, 11:09

İki rayonun kəndlərində qaz kəsilib

Kriminal
Bu gün, 10:02

5 övlad atası olan astaralı Rusiya-Ukrayna müharibəsində həlak oldu

Cəmiyyət
Bu gün, 09:03

Cəlilabad sakinini ot yükləyərkən ilan sancdı

Kriminal
06 iyun 2026, 17:06

Anasının cavabından qəzəbləndi, öldürdü

Bütün xəbərlər
06 iyun 2026, 16:08

Sabirabadlı qayınana gəlinini şillələdi, barışdılar

Kriminal
06 iyun 2026, 15:04

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb

Faydalı
06 iyun 2026, 14:04

Sabah hava necə olacaq?

Cəmiyyət
06 iyun 2026, 13:06

Lənkəranlı gənclər Slovakiyaya təhsil turuna yola salınıb

Bütün xəbərlər
06 iyun 2026, 12:06

DİN: Ötən gün 10 silah aşkarlanaraq götürülüb

İqtisadiyyat
06 iyun 2026, 11:09

Apreldə çiyələk ixracı 5 dəfə artıb

Cəmiyyət
06 iyun 2026, 10:06

23 yaşlı Vətən müharibəsi şəhidimizin doğum günüdür

Siyasət
06 iyun 2026, 09:06

Regionlara 25 yeni ambulans və reanimobil təhvil verilib

Bütün xəbərlər
05 iyun 2026, 17:00

Ötən il Azərbaycanda 20 ildən çox davam edən nikahlar arasında 2 500-dən çox boşanma olub

Siyasət
05 iyun 2026, 16:00

Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib

Faydalı
05 iyun 2026, 15:00

Şənbə günü hava necə olacaq?

Siyasət
05 iyun 2026, 14:03

Arzu Əliyeva Lənkəran səfərindən paylaşım edib - VİDEO

Kriminal
05 iyun 2026, 13:00

Ötən gün narkotiklərlə əlaqəli 35 fakt müəyyən olunub

Kriminal
05 iyun 2026, 12:00

5 azərbaycanlı dənizçi PUA hücumu nəticəsində həlak olub

Oxşar xəbərlər