top
Bu gün Sovet İttifaqı Qəhrəmanı adını almış ən gənc azərbaycanlı Mirzə Cəbiyevin anım günüdür
10 fevral 2024, 03:58
- +

Bu gün Sovet İttifaqı Qəhrəmanı adını almış ən gənc azərbaycanlı Mirzə Cəbiyevin anım günüdür

Mirzə Ağamurad oğlu Cəbiyev 22 fevral 1925-ci ildə Astara rayonunun Hamoşam kəndində anadan olub [1].

1943-cü ildə Mirzə Cəbiyev könüllü şəkildə orduya xidmətə gedib. O, 1944-cü ildə kiçik leytenant rütbəsini alıb [1]. Cəbiyev Belarus, Litva, Polşa və Almaniyada olan döyüşlərdə iştirak edib [5].

Mirzə Cəbiyev 6 aprel 1945-ci ildə Keniqsberq ətrafındakı (hazırda Rusiya, Kalininqrad) döyüşlərdə komandir olduğu bölmənin önündə kanalı keçərək, 5 fortu (istehkam) zəbt etmişdi. Cəbiyev şəxsən 8 nəfər düşməni məhv edib və 13 nəfər əsir götürərək, yaralanıb [4]. O, bu şəhərin ən hündür qalasına qələbə bayrağını sancıb. Bu səbəbdən 19 aprel 1945-ci ildə “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülür və bu adı qazanan ən gənc azərbaycanlı olur [2].

Mirzə Cəbiyev sonralar “Lenin”, “Qırmızı ulduz”, “Şərəf” və s. orden və medallarla təltif olunub [1].

Cəbiyev müharibədən qayıdandan sonra müxtəlif vəzifələrdə çalışıb, uzun illər Hamoşam kəndində təsərrüfat rəhbəri işləyib. O, 1960-cı illərdə heç bir texnikadan istifadə etmədən, yalın əllə mürəkkəb relyef şəraitində yerləşən Hamoşam kəndinə ilk avtomobil yolu salıb [3].

Heydər Əliyev Mirzə Cəbiyev haqqında deyirdi ki, ona dəfələrlə şəhərə köçmək, böyük vəzifələrdə işləmək təklif edilsə də, o, doğma kəndindən ayrılmamış və oradakı əhaliyə əlindən gələn köməyi etmişdi [2].

Mirzə Cəbiyev 10 fevral 1978-ci ildə Bakıda vəfat edib və Astara şəhərində dəfn olunub. Sonradan doğmalarının xahişi ilə qəhrəmanın nəşi Hamoşam kəndinə gətirilərək, orada torpağa tapşırılıb [3].

Hazırda Astara şəhərində Mirzə Cəbiyevin büstü qoyulub, mərkəzi küçələrdən birinə və şəhərdəki məktəbə onun adı verilib. Astara rayonunun Hamoşam kəndində isə Cəbiyevin ev-muzeyi var. Həmçinin Kalininqrad şəhərində onun adı Keniqsberq ətrafındakı döyüşlərdə iştirak edənlərin siyahısında və xatirə lövhəsindədir [4].

Ədəbiyyat:


  1. Рамин Мамедов. Соотечественники Азербайджан - древняя страна. Баку-2007.

  2. http://astara-ih.gov.az/news/695.html

  3. https://azertag.az/xeber/Astarada_Sovet_Ittifaqi_Qehremani_Mirze_Cebiyevin_xatiresi_anilib-1709511

  4. https://warheroes.ru/hero/hero.asp?Hero_id=8501#

  5. https://ambur.az/sovet-ittifaqi-qehremani-mirze-cebiyev

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:01

Toy karvanında avtoxuliqanlıq edənlər məsuliyyətə cəlb olunublar

Kriminal
Bu gün, 16:03

7 nəfərin meyiti tapıldı

Kriminal
Bu gün, 15:02

Çayların mühafizə zolaqlarına qanunsuz müdaxilə hallarına qarşı tədbirlər keçirilib

Cəmiyyət
Bu gün, 14:11

16 yaşa qədər uşaqların sosial şəbəkələrdən istifadə etməsinə məhdudiyyət qoyulacaq

Bütün xəbərlər
Bu gün, 13:03

Ailə başçısını itirməyə görə ötən ay 195 155 şəxsə pensiya və müavinət ödənilib

Bütün xəbərlər
Bu gün, 12:03

İmişli sakini Araz çayında batdı

Bütün xəbərlər
Bu gün, 11:09

İki rayonun kəndlərində qaz kəsilib

Kriminal
Bu gün, 10:02

5 övlad atası olan astaralı Rusiya-Ukrayna müharibəsində həlak oldu

Cəmiyyət
Bu gün, 09:03

Cəlilabad sakinini ot yükləyərkən ilan sancdı

Kriminal
06 iyun 2026, 17:06

Anasının cavabından qəzəbləndi, öldürdü

Bütün xəbərlər
06 iyun 2026, 16:08

Sabirabadlı qayınana gəlinini şillələdi, barışdılar

Kriminal
06 iyun 2026, 15:04

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb

Faydalı
06 iyun 2026, 14:04

Sabah hava necə olacaq?

Cəmiyyət
06 iyun 2026, 13:06

Lənkəranlı gənclər Slovakiyaya təhsil turuna yola salınıb

Bütün xəbərlər
06 iyun 2026, 12:06

DİN: Ötən gün 10 silah aşkarlanaraq götürülüb

İqtisadiyyat
06 iyun 2026, 11:09

Apreldə çiyələk ixracı 5 dəfə artıb

Cəmiyyət
06 iyun 2026, 10:06

23 yaşlı Vətən müharibəsi şəhidimizin doğum günüdür

Siyasət
06 iyun 2026, 09:06

Regionlara 25 yeni ambulans və reanimobil təhvil verilib

Bütün xəbərlər
05 iyun 2026, 17:00

Ötən il Azərbaycanda 20 ildən çox davam edən nikahlar arasında 2 500-dən çox boşanma olub

Siyasət
05 iyun 2026, 16:00

Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib

Faydalı
05 iyun 2026, 15:00

Şənbə günü hava necə olacaq?

Siyasət
05 iyun 2026, 14:03

Arzu Əliyeva Lənkəran səfərindən paylaşım edib - VİDEO

Kriminal
05 iyun 2026, 13:00

Ötən gün narkotiklərlə əlaqəli 35 fakt müəyyən olunub

Kriminal
05 iyun 2026, 12:00

5 azərbaycanlı dənizçi PUA hücumu nəticəsində həlak olub

Oxşar xəbərlər