Masallının fəxri, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandanın üzvü Bəhruz Mirzəyev Polşada qızıl medal qazanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 avqust tarixində Masallı rayon Gənclər və İdman İdarəsinə istinadən verir.
Belə ki, Polşanın Poznan şəhərində keçirilən "World Challenge" kubokunda paralimpiyaçımız bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.
Bu yarışdan öncə isə B.Mirzəyev (BC4) Niderlandın Veldhoven şəhərində keçirilən “Intercontinental Challenger” turnirində 3-cü yerə sahib olmuşdur.
Qeyd edək ki, hər iki yarış Paris 2024 XVII Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandırır.