Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində yeraltı qaz xəttində aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq.
Cenublu.az xəbər verir ki, bu səbəbdən yanvarın 19-da saat 14:00-dan etibarən işlər yekunlaşanadək ümumilikdə 1100 abonentin qaz təchizatının müvəqqəti olaraq dayandırılması planlaşdırılır.
Qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.