Lənkəran Olimpiya İdman Kompleksində cüdo idman növü üzrə açıq rayon birinciliyi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 avqust tarixində verir.
Lənkəran Şəhər Gənclər və İdman İdarəsi, Lənkəran Olimpiya İdman Kompleksi və Azərbaycan Cüdo Federasiyasının təsdiq etdiyi əsasnaməyə uyğun olaraq 31 iyul 2022-ci il tarixində 2011-2012-ci il təvəllüdlü cüdoçular arasında Lənkəran rayon açıq birinciliyi baş tutub.
Əkbər Gənciyevin baş hakimliyi ilə və Azərbaycan Cüdo Federasiyasının hakimlər heyəti tərəfindən idarə olunan yarışda 11 çəki dərəcəsində idmançılar mübarizə aparıblar. Yarışda Bakı şəhərinin, Bərdə, Masallı və Lənkəran rayonlarının, Qaradağ, Lökbatan klub komandalarının tərkibində 100 nəfər iştirak edib.
1-ci, 2-ci və 3-cü yerləri tutan idmançılar diplom və medallarla təltif olunublar.
Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd cüdo idman növünü inkişaf etdirmək, bu idman növünü kütləvi təbliğ və təşviq etmək, idmançıların təlim-məşq prosesini təkmilləşdirmək, güclü və perspektivli idmançıları aşkar etməkdir.
[URIS id=20807]