Masallıda Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Ağsaqqallar klubunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Azərbaycan dövlət quruculuğunda qadınlarımızın rolu və fəallığı” mövzusunda tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 mart tarixində verir.
İlk növbədə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev qadınları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Daha sonra çıxış edənlər “Azərbaycan dövlət quruculuğunda qadınlarımızın rolu və fəallığı” mövzusunda geniş məruzə ediblər.
Sonda tədbirdə iştirak edən qadınlara bayram münasibətilə qiymətli hədiyyələr təqdim edilib.