top
Məsudi Dövran təxəllüsü ilə tanınan astaralı yazıçı
27 iyul 2023, 00:13
- ↺ +

Məsudi Dövran təxəllüsü ilə tanınan astaralı yazıçı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Məsud Əliağa oğlu Məmmədov 27 iyul 1937-ci ildə Astara rayonunun Şahağac kəndində anadan olub [1]. Yazıçı Məsudi Dövran təxəllüsü ilə tanınır [3].

O, ilk təhsilini Şiyəkəran kənd orta məktəbində alıb. Məmmədov 1954-1956-cı illərdə indiki Azərbaycan Tibb Universitetində oxuyub. Məsud Məmmədov 1959-1961-ci illərdə hərbi xidmətdə olub. O, 1962-1967-ci illərdə indiki Bakı Slavyan Universitetində təhsil alıb. Yazıçı 1967-1973-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunun Qafqaz və İran şöbəsində işləyib. Bir müddət sonra o, ailəsi ilə birgə Özbəkistana köçüb. Burada Məmmədov Gülüstan Dövlət Universitetində müxtəlif vəzifələrdə çalışıb. O, 1994-cü ildən Lənkəran Dövlət universitetində humanitar elmlər fakültəsində işləyir.

Məsud Məmmədov 1982-ci ildə filologiya elmləri doktoru, 1985-ci ildə isə professor elmi dərəcəsini alıb.

Yazıçı bədii yaradıcılığa beşinci sinifdə oxuyarkən başlayıb. Onun “Vətən xilaskarı”, “Olacaqsan” adlı ilk şeirləri 1950-ci ildə, Məmmədovun 13 yaşı olarkən çap edilib. Məsud Məmmədovun əsərləri sonralar “Söz”, “Məşəl”, “Şəfəq” və digər mətbuat orqanlarında nəşr olunub [1]. Yazıçının əsərləri sırasında “Həsrət”, “Belə dünyadı bu dünya”, “Yadına düşür”, “Ümid”, “İnsan” və s. qeyd etmək olar [1,2]. Onun özbək dilində çap olunmuş “Turandan avaz” adlı şeir kitabı da var [1].

2021-ci ildə Məsud Məmmədovun 448 səhifədən ibarət “Azərbaycanın Lənkəran zonasının toponimləri” adlı elmi monoqrafiyası çap edilib. Elmi əsərdə Astara, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonlarının toponimləri leksik-semantik, həmçinin qrammatik cəhətdən elmi araşdırılıb, bölgənin etnonim və toponimləri tədqiq olunub [3]. O, 500-dən çox elmi məqalənin, 7 monoqrafiya və 8 şeir kitabının müəllifidir [4].

Yazıçı 1987-ci ildə Özbəkistanın “Xalq maarifi əlaçısı” nişanı ilə təltif edilib. Bundan əlavə, o, Özbəkistanın “Əməkdar elm xadimi” adına layiq görülüb [1]. 2001-ci ildən Məmmədov Azərbaycan Yazıçılar Birliyinin üzvüdür [1,3].

Ədəbiyyat:


  1. Teymur Əhmədov. XX əsr Azərbaycan yazıçıları. Bakı-2004.

  2. Lənkəran dövlət universiteti. Elmi xəbərlər. Humanitar elmlər. №2. 2019.

  3. https://azertag.az/xeber/Azerbaycanin_Lenkeran_zonasinin_toponimleri_kitabi_nesr_olunub-1742071

  4. https://lsu.edu.az/new/eng/K6.php

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:51

Lerikli şəhidimizin ad günüdür

Bütün xəbərlər
Bu gün, 09:06

Neftçalada pedoqoq vəfat edib

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:55

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:15

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

İdman
Dünən, 10:34

Azərbaycan futzal millisi tarixində ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq

İdman
Dünən, 09:50

"Lənkəranlı azarkeşləri futzal millimizə dəstək olmağa çağırırıq" - Elvin Quliyevin AÇIQLAMASI

Bütün xəbərlər
Dünən, 09:12

20 yaşlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Bütün xəbərlər
04 noyabr 2026, 18:00

Lənkəranlı igidimizin şəhadətə ucaldıqları gündür

İqtisadiyyat
04 noyabr 2026, 17:30

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Bütün xəbərlər
04 noyabr 2026, 16:50

Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
04 noyabr 2026, 16:15

Sabah hava necə olacaq?

Bütün xəbərlər
04 noyabr 2026, 15:42

İmişlidən olan universitet tələbəsi dünyasını dəyişib

Bütün xəbərlər
04 noyabr 2026, 15:05

Göyşabanda zibil problemi ilə bağlı tədbir görülür - Rəsmi açıqlama

Bütün xəbərlər
04 noyabr 2026, 14:30

Cəlilabadda 6 kəndin işığı kəsilib

Oxşar xəbərlər