ASAN könüllüləri Masallıda “Bir ümid də siz olun” devizi altında qanvermə aksiyası təşkil edəcəklər. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 oktyabr tarixində verir.
Belə ki, vətəndaşlar noyabrın 2-də saat 10:00-dan 17:00-dək “ASAN xidmət” mərkəzində qan verə biləcəklər.
III Qanvermə aksiyasının keçirilməsində məqsəd Vətən müharibəsində ərazi bütövlüyümüz, eləcə də əmin-amanlığımız uğrunda qan tökmüş şəhidlərimiz və qazilərimizin müqəddəs xatirəsini əbədi yaşatmaqdır.
Qeyd edək ki, aksiya 6 saylı Bakı "ASAN xidmət" mərkəzinin könüllülərinin təşəbbüsü və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının (Mərkəzi Qan Bankı) dəstəyi ilə həyata keçiriləcək.