top
Masallıda Qəriblərin Qız qalası
09 iyul 2023, 01:00
- ↺ +

Masallıda Qəriblərin Qız qalası

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qəriblərin Qız qalası keçmiş zamanlarda indiki Masallı rayonunun ərazisindəki Yanar dağın yaxınlığında mövcud olmuş Udman şəhərində (Qəriblər kəndi) yerləşirdi [2].

Bu qala ilə bağlı bir rəvayət mövcuddur. Udman şəhərinin padşahı nə iş görərdisə, öz qızı ilə məsləhətləşərdi. Hər yerdə olduğu kimi, onların vilayətində də qərib adamlar var idi. Onlar uzaq yerlərdən qaçıb burada məskunlaşmışdılar. Qəriblərin taleyi şah qızını çox düşündürərdi. Qız atasına daim qəribləri incitməməsini tapşırardı:

-   Ata, qərib, kimsəsiz adamlara həmişə hörmət et. Padşahın ədaləti saray əyanlarının yalançı tərifləri ilə deyil, qəriblərin, kasıb-kusubun razılığı ilə ölçülür.

-   Qızım, sən qəriblərə nə yaman məftun olursan?

-   Ata, qəriblər haqsızlıqla barışmayan, ona etiraz edən adamlardır. Onlar çox gəzir, çox görür, çox bilirlər. Bişmiş adam olurlar, ağı qaradan, yaxşını pisdən bacarıqla seçirlər.

-   Bunlar düzdür, qızım! Ancaq qəriblərin vətəni olmur, onlara inanmaq olmaz.

Bir dəfə qəriblərdən biri gəzməyə çıxan qızların arasında şahın qızını görür və ona vurulur [1]. Qız da həmin oğlana aşiq olur. Oğlan padşaha elçiliyə gəlir. Padşah qızına deyir:

-   Bilirəm ürəyin var. Ancaq qəribə inanmıram.

-   Onda sınağa çək. Məgər qəribin ürəyi, istedadı, igidliyi olmur?

Padşah qızının məsləhətinə qulaq asır. O, oğlana qızı üçün qala tikdirməsini şərt qoyur. Aşiq qərib isə razılaşır. Bir müddət keçəndən sonra qala hazır olur. Lakin qərib sınaqdan keçsə də, padşah sözünə əməl etmir. O, kimsəsiz, var-dövlətsiz bir adama qız verməyi şan-şöhrətinə sığışdırmır. Padşahın bu hərəkətinə qəzəblənən qərib Udman şəhərini yerləyeksan edir. Amma şahın qızı qırx qızla birgə salamat qalır. Həmin qərib isə şahın qızı ilə evlənir [2].

Əfsanə Masallı rayonunun Xırmandalı kənd sakini Gülüstan İbadulla qızı Hüseynovanın nəqli əsasında yazılıb [1].

Ədəbiyyat: 


  1. Sədnik Paşa Pirsultanlı. Azərbaycan türklərinin xalq əfsanələri. Bakı-2009.

  2. Novruz Novruzov. Masallı. Bakı-1990.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:51

Lerikli şəhidimizin ad günüdür

Bütün xəbərlər
Bu gün, 09:06

Neftçalada pedoqoq vəfat edib

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:55

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:15

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

İdman
Dünən, 10:34

Azərbaycan futzal millisi tarixində ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq

İdman
Dünən, 09:50

"Lənkəranlı azarkeşləri futzal millimizə dəstək olmağa çağırırıq" - Elvin Quliyevin AÇIQLAMASI

Bütün xəbərlər
Dünən, 09:12

20 yaşlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Bütün xəbərlər
04 noyabr 2026, 18:00

Lənkəranlı igidimizin şəhadətə ucaldıqları gündür

İqtisadiyyat
04 noyabr 2026, 17:30

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Bütün xəbərlər
04 noyabr 2026, 16:50

Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
04 noyabr 2026, 16:15

Sabah hava necə olacaq?

Bütün xəbərlər
04 noyabr 2026, 15:42

İmişlidən olan universitet tələbəsi dünyasını dəyişib

Bütün xəbərlər
04 noyabr 2026, 15:05

Göyşabanda zibil problemi ilə bağlı tədbir görülür - Rəsmi açıqlama

Bütün xəbərlər
04 noyabr 2026, 14:30

Cəlilabadda 6 kəndin işığı kəsilib

Oxşar xəbərlər