SOCAR “Azəriqaz” İstehsalat Birliyi Cəlilabadda sahibkarlarla görüşəcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 oktyabr tarixində verir.
Aksiya Heydər Əliyev Mərkəzinin qarşısında 25 oktyabr saat 14:00-dan 15:00-a qədər keçiriləcək. Burada təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
Qeyd edək ki, tədbir Kiçik və Orta Biznesin İnkişafı Agentliyi nümayəndəsinin iştirakı ilə təşkil olunacaq.