Cəlilabad rayonunda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 noyabr tarixində verir.
Tədbirdə RPŞ-nin rəisi, polis polkovniki Polad Qarayev, polis əməkdaşları və rayonun digər hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Belə ki, rayon ərazisində abadlıq və təmizləmə işləri aparıldıqdan sonra polis əməkdaşları ağac tingləri əkib, onların suvarılmasını təmin ediblər. Həmçinin ağacların küləkdən qorunması üçün qoruyucu dirəklər basdırılıb.
Qeyd edək ki, aksiya rayon Polis Şöbəsi tərəfindən təşkil edilib.