Cəlilabadda Prezident İlham Əliyevin ilk dəfə seçilməsinin 20-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 oktyabr tarixində verir.
Aksiya çərçivəsində ümumilikdə 100-dən çox müxtəlif növ ağac əkilib və suvarılıb. Həmçinin bu ərazilərdə təmizlik işləri aparılıb və ağaclara aqrotexniki qulluq göstərilib.
Ağacəkmə tədbirində YAP-nin yerli təşkilatının rəhbərləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Burada məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələri davam etdirməkdir.
Qeyd edək ki, aksiya YAP-nin Cəlilabad rayon təşkilatı tərəfindən həyata keçirilib.