top
Azərbaycanda zebunun yetişdirildiyi ilk və yeganə yer
11 aprel 2023, 01:12
- ↺ +

Azərbaycanda zebunun yetişdirildiyi ilk və yeganə yer

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Zebunun Azərbaycanda yetişdirildiyi ilk və yeganə yer Cənub bölgəsi hesab edilir [4]. Talış regionunda zebunun ilk izləri e.ə. II minilliyə təsadüf edir [3,6]. Zebular bu bölgədə, əsasən, ərazinin cənubunda olan dağlıq yerlərdə yaşayırlar [1].

Yerli əhali zebunu, həmçinin “donqar mal” da adlandırır [6]. Zebu yemə az tələbkardır, südünün yağlılıq faizinə görə camışdan sonra ikinci yerdə durur. Həmçinin zebu saxlamağın digər müsbət cəhətlərindən biri də onun parazitar xəstəliklərə nadir hallarda tutulmasıdır [3].

Akademik Y.N.Marr zebu haqqında öz məqalələrinin birində yazıb: “...Hələ orta əsrlərdə Xəzər dənizinin cənub sahillərində yaşayan əhali zebudan minik heyvanı kimi istifadə edirdi…” [6].

Bu sahənin ilk tədqiqatçıları İ.Kaluqin və D.Kistenyov olmuşlar. Kənd təsərrüfatı elmləri doktoru Əyyub İsgəndərovun məlumatına görə, 1980-ci illərdə Lənkəranın bir sıra təsərrüfatlarında yerli zebularla qonur Karpat cinsinin hibridləşdirilmə işi aparılmışdır [3].

1870-ci ilə aid mənbədə Lənkəran qəzasında olan zebular haqqında məlumat verilir: “Lənkəran rayonunun meşəlik ərazisində talışlar tərəfindən zebu cinsindən olan yaxşı mal-qara yetişdirilir və onlar adi mal-qara ilə birgə yaşayırlar” [7].

Tədqiqatçı İvan Kaluqinin verdiyi məlumata görə, 1927-ci ildə Lənkəran qəzasında 22000 zebu var idi, onların 35%-i (7700) isə iş qüvvəsi kimi istifadə olunurdu [2,5]. 1990-cı illərdən sonra zebunun sayı azalmışdır [3].

1983-cü ildə “Azərbaycanfilm” tərəfindən “Yüksək məhsuldar zebu hibridləri” filmi lentə alınıb. Ekran əsərində Azərbaycanda yetişdirilən zebulardan bəhs edilir [8].

Ədəbiyyat:


  1. Энциклопедический словарь. Том XVII. Санкт-Петербург-1896.

  2. И.И.Калугин. Исследование современного состояния животноводства Азербайджана: Зебу и крупный рогатый скот. Тифлис-1929.

  3. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.

  4. Azərbaycan Milli Ensiklopediyası. Bakı-2007.

  5. Азербайджанцы. Москва-2017.

  6. Azərbaycan etnoqrafiyası. II cild. Bakı-2007.

  7. Списки населенных мест Российской империи. Бакинская губерния. Тифлис-1870.

  8. Azərbaycan kinosu. 1898-2002. II cild. Bakı-2003.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:55

Sabirabadın kəndləri qazsız qalıb: sakinlər ağacları yandırır

Bütün xəbərlər
Bu gün, 11:23

Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər?

Kriminal
Bu gün, 10:31

Atasından pul oğurlayıb qumar oynayırmış - məhkəmə bu qərarı verdi

Bütün xəbərlər
Bu gün, 09:51

Lerikli şəhidimizin ad günüdür

Bütün xəbərlər
Bu gün, 09:06

Neftçalada pedoqoq vəfat edib

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:55

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:15

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

İdman
Dünən, 10:34

Azərbaycan futzal millisi tarixində ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq

İdman
Dünən, 09:50

"Lənkəranlı azarkeşləri futzal millimizə dəstək olmağa çağırırıq" - Elvin Quliyevin AÇIQLAMASI

Bütün xəbərlər
Dünən, 09:12

20 yaşlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Bütün xəbərlər
04 noyabr 2026, 18:00

Lənkəranlı igidimizin şəhadətə ucaldıqları gündür

İqtisadiyyat
04 noyabr 2026, 17:30

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Bütün xəbərlər
04 noyabr 2026, 16:50

Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Oxşar xəbərlər