top
Azərbaycan Xalq Cümhuriyyətinin ilk parlament üzvlərindən biri: Hacı Səlim Axundzadə
28 may 2023, 01:00
- ↺ +

Azərbaycan Xalq Cümhuriyyətinin ilk parlament üzvlərindən biri: Hacı Səlim Axundzadə

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hacı Səlim Qasir oğlu Axundzadə 1872-ci ildə Lənkəran şəhərində anadan olub. O, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından və onun ilk parlament üzvlərindən biri olub [1].

Axundzadə ilk təhsilini atası, şair Mirzə İsmayıl Qasirin Lənkəranda açdığı “Üsuli-Cədid” (yeni üsul) məktəbində alıb, sonra Lənkəran rus gimnaziyasında oxuyub. O, gimnaziyanı bitirdikdən sonra şəhər polis idarəsində, Əsgərxan Talışinskinin yanında katib işləyib. Sonralar Axundzadə Ərdəbil, Zəncan, Nəcəf şəhərlərində dini təhsil alıb. Bir müddət keçdikdə isə o, Türkiyə və bir sıra Avropa ölkələrinə səfər edib. Hacı Səlim Axundzadə 1911-ci ildə Lənkərana qayıdaraq, 1916-cı ilə kimi şəhər gimnaziyasında müəllim kimi çalışıb [1].

Hacı Səlim 1917-ci ildən Müsavat Partiyasının üzvü olub. O, həmin partiyanın birinci və ikinci qurultaylarının iştirakçısı olub. Axundzadə, həmçinin 1918-ci ildə Zaqafqaziya seyminin Müsəlman fraksiyasının, sonra isə Azərbaycan Milli Şurasının üzvü olub [1,2]. Axundzadə 28 may 1918-ci ildə Milli Şuranın Tiflisdə keçirdiyi iclasında iştirak edir və dövlətin adının məhz Azərbaycan qoyulmasının tərəfdarı olur [3].

1918-ci ildə erməni quldur dəstəsi başda Andronik olmaqla Zəngəzurda azərbaycanlı əhalini qətlə yetirərkən Axundzadə 4000-lik qoşuna başçılıq edərək, mahalın erməni quldurlarından təmizlənməsində fəal iştirak edib [4].

Hacı Səlim Axundzadə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmişdir. Həmin dövrdə o, Bakıda və Azərbaycanın digər bölgəIərində həyata keçirilən mədəni-maarif tədbirlərinin təşkilatçılarından olmuşdur [2].

1924-ci ildən sonra Axundzadə İranın Ənzəli şəhərinə köçərək, orada şəriətdən dərs deyib [2,3].

Hacı Səlim Axundzadə 15 dekabr 1930-cu ildə İranın Ənzəli şəhərində vəfat edib və Laləzar qəbiristanlığında dəfn olunub [3].

Ədəbiyyat:


  1. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.

  2. Azərbaycan xalq cümhuriyyəti ensiklopediyası. Bakı-2004.

  3. Hacı Mirzə Səlim Axund Axundzadə. Xatirat. Azərbaycan torpağına türbət demişəm. Bakı-2016.

  4. Elşən İsmayıllı. Lənkəran qəzasının maarifçi din alimləri. Bakı-2019.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:51

Lerikli şəhidimizin ad günüdür

Bütün xəbərlər
Bu gün, 09:06

Neftçalada pedoqoq vəfat edib

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:55

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:15

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

İdman
Dünən, 10:34

Azərbaycan futzal millisi tarixində ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq

İdman
Dünən, 09:50

"Lənkəranlı azarkeşləri futzal millimizə dəstək olmağa çağırırıq" - Elvin Quliyevin AÇIQLAMASI

Bütün xəbərlər
Dünən, 09:12

20 yaşlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Bütün xəbərlər
04 noyabr 2026, 18:00

Lənkəranlı igidimizin şəhadətə ucaldıqları gündür

İqtisadiyyat
04 noyabr 2026, 17:30

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Bütün xəbərlər
04 noyabr 2026, 16:50

Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
04 noyabr 2026, 16:15

Sabah hava necə olacaq?

Bütün xəbərlər
04 noyabr 2026, 15:42

İmişlidən olan universitet tələbəsi dünyasını dəyişib

Bütün xəbərlər
04 noyabr 2026, 15:05

Göyşabanda zibil problemi ilə bağlı tədbir görülür - Rəsmi açıqlama

Bütün xəbərlər
04 noyabr 2026, 14:30

Cəlilabadda 6 kəndin işığı kəsilib

Oxşar xəbərlər