top
Astaranın ən qədim yaşayış məntəqələrindən biri: Sım kəndi
04 avqust 2023, 00:34
- ↺ +

Astaranın ən qədim yaşayış məntəqələrindən biri: Sım kəndi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sım kəndi Astara şəhərindən 45 km şimal-qərbdə, ucqar dağlıq ərazidə yerləşir.

Arxeoloji qazıntılar nəticəsində burada eramızdan əvvəl yaşayış yeri olduğu aydınlaşdırılıb [6].

“Sım” sözü talış dilində “sıldırım”, “hündür”, yəni “qayalıqda yerləşən kənd” mənasını verir [4]. Rəvayətə görə, Sım kəndinin adı Nuh Peyğəmbərin oğlunun adından - Samdan götürülüb, sonradan dəyişərək Sım olub [3].

Yerli sakinlərin sözlərinə əsasən, burada “Şahnamə” əsərində qeyd edilən pəhləvan Rüstəm Zalın oğlu Samın övladlarının tayfası yaşayıb. Qədimdə bu kənd pəhləvanlar məskəni olub. Buradakı Ute adlanan meydanda əvvəllər pəhləvanlar güləşirdilər. Yerli əhalinin sözlərinə görə, hazırda burada Səfəvi I Şah İsmayılın nəslindən olanlar yaşayırlar [5].

Ərazidə tapılan maddi-mədəni nümunələr, əsasən, orta əsrlərə aiddir. Sasanilərin hakimiyyəti illərində Sım və ətraf kəndlərdə daş körpülər inşa edilib. Bu körpülərin qalıqları bu günədək qalmaqdadır [5]. Kənddə, həmçinin e.ə. IV-III minilliklərə aid “Padşah taxtı”, XIV-XVII əsrlərə aid olan Ute və Çayu, IX-X əsrlərə aid edilən Sım yaşayış yerləri, üstündə Mixi (III minilliyin ortalarında eramizdan əvvəl istifadə edilən yazı) yazıları olan daşlar mövcuddur [1,5]. Kəndin ərazisində çox sayda orta əsrlərə aid qəbiristanlıqların qalıqlarını görmək mümkündür. Bəzi yerlərdə bu rayon üçün xas olan pilləvari qəbirüstü daşlar qalmaqdadır [2].

Sım kəndi əvvəllər strateji əhəmiyyətə malik olub. Orta əsrlərdə karvan yolları bu kənddən keçib. İndi həmin ərazi “Lərj” adlandırılır və oraya “Lərj” yolu deyilir. “Lərj” yolu talış dilindən tərcümədə “palçıqlı” yol deməkdir. İndi həmin yolun bir hissəsi İranın, digər hissəsi isə bu kəndin ərazisində yerləşir [5].

Sım kəndində 74 bulaq, 4 şəlalə var. Şəlalələrin ən çox tanınanı kəndin 4-6 km yaxınlığında yerləşən Sım şəlaləsidir [6].

Kəndin əhalisi, əsasən, arıçılıq, tərəvəzçilik və maldarlıqla məşğuldur [7].

“AZƏRTAC”ın verdiyi məlumata görə, 2020-ci ildə kənddə 830 nəfər yaşayırdı [6].

Ədəbiyyat:


  1. Aqşin Mistanlı. Cənub bölgəsinin adidələr ensiklopediyası. Bakı-2020.

  2. Tufan İsaak oğlu Axundov. Astarada 20 gün. Bakı-2009.

  3. Gülnar Əsədli. Nura qərq olmuş Astaram. Bakı-2004.

  4. Budaq Budaqov, Nadir Məmmədov. Azərbaycan Lənkəran regionu toponimlərinin izahlı lüğəti. Bakı-2008.

  5. https://sputnik.az/life/20210808/427619900/Sim-Shah-Ismayliin-neslinden-olan-alimlerle-Rustem-Zalin-pehlevan-nevelerinin-kendi.html

  6. https://azertag.az/xeber/Astaranin_achiq_tebiet_muzeyi___Sim_kendi_VIDEO-1563949

  7. https://azerbaijan.travel/sim-kendine-haykinq-turlari

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:51

Lerikli şəhidimizin ad günüdür

Bütün xəbərlər
Bu gün, 09:06

Neftçalada pedoqoq vəfat edib

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:55

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:15

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

İdman
Dünən, 10:34

Azərbaycan futzal millisi tarixində ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq

İdman
Dünən, 09:50

"Lənkəranlı azarkeşləri futzal millimizə dəstək olmağa çağırırıq" - Elvin Quliyevin AÇIQLAMASI

Bütün xəbərlər
Dünən, 09:12

20 yaşlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Bütün xəbərlər
04 noyabr 2026, 18:00

Lənkəranlı igidimizin şəhadətə ucaldıqları gündür

İqtisadiyyat
04 noyabr 2026, 17:30

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Bütün xəbərlər
04 noyabr 2026, 16:50

Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
04 noyabr 2026, 16:15

Sabah hava necə olacaq?

Bütün xəbərlər
04 noyabr 2026, 15:42

İmişlidən olan universitet tələbəsi dünyasını dəyişib

Bütün xəbərlər
04 noyabr 2026, 15:05

Göyşabanda zibil problemi ilə bağlı tədbir görülür - Rəsmi açıqlama

Bütün xəbərlər
04 noyabr 2026, 14:30

Cəlilabadda 6 kəndin işığı kəsilib

Oxşar xəbərlər