Astarada ağacəkmə aksiyası keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 oktyabr tarixində verir.
Aksiya Bakı-Astara yolunun Astara ərazisində baş tutub. Burada Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, idarənin əməkdaşları və könüllü gənclər iştirak ediblər. Onlar ümumilikdə 50 ədəd ağac əkiblər.
Qeyd edək ki, tədbir “Zəfər günü” münasibətilə “Əbədi qəhrəmanlar” aksiyası çərçivəsində həyata keçirilib.