top
Xalq artisti: Azərbaycan dilinin qorunması milli kimliyin qorunması deməkdir
12 avqust 2026, 17:02
- ↺ +

Xalq artisti: Azərbaycan dilinin qorunması milli kimliyin qorunması deməkdir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan dilinin saflığının qorunması ilə onun müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi bir-birinə zidd deyil. Əksinə, ana dilinin zənginləşdirilməsi və yeni anlayışları ifadə etmək imkanlarının genişləndirilməsi milli kimliyin qorunması ilə paralel aparılmalıdır. Bu baxımdan dilə münasibət, milli-mədəni dəyərlərin yaşadılması və müasir dünyaya inteqrasiya məsələləri xüsusi əhəmiyyət daşıyır.

Bu fikirləri Azərbaycanın Xalq artisti Nurəddin Mehdixanlı söyləyib. Xalq artisti bildirib ki, ana dilinə münasibət insanın özünü və milli mənsubiyyətini dərk etməsi ilə birbaşa bağlıdır: "İnsan ilk növbədə özünü, tarixini, mədəniyyətini və köklərini tanımalıdır. Bu dəyərlər dərk edildikcə dilə münasibət də daha məsuliyyətli və şüurlu xarakter alır. Biz özümüzü tanıyandan sonra sözümüzü tanıya bilərik. Biz sözümüzü tanımalıyıq ki, dilimizi qoruya bilək. Bu söz mənimdir, ya mənim deyil? Bu söz mənə aiddir, yoxsa mənə aid deyil? Bu sözün kökü nədir, sözün özü nədir?".

Müsahibimiz vurğulayıb ki, Azərbaycan dilinin saflığının qorunması müasir dövrdə əvvəlki illərlə müqayisədə daha böyük əhəmiyyət kəsb edir. Çünki qloballaşma, informasiya texnologiyalarının sürətli inkişafı və virtual kommunikasiya müxtəlif dillərin və mədəniyyətlərin bir-birinə təsirini gücləndirib. Virtual məkanın sərhədləri aradan qaldırdığı müasir dünyada milli kimliyi və ana dilini qorumaq üçün insan öz mədəni köklərini yaxşı bilməlidir.

"Biz özümüzü yaxşı tanısaq, mədəniyyətimizi, kökümüzü yaxşı tanısaq, başqa mədəniyyətlərin əsiri olmayacağıq, başqa mədəniyyətlərin içərisində itib-batmayacağıq. Özümüz olaraq qalacağıq", - deyə sənətçi qeyd edib.

Azərbaycan dilinin zəngin imkanlara malik olduğunu və əsrlər boyu müxtəlif tarixi mərhələlərdən keçərək bu günümüzə gəlib çatdığını vurğulayan Xalq artisti deyib: "Dilin qorunması onun inkişafının qarşısının alınması anlamına gəlməməlidir. Əksinə, dil zamanın dəyişən tələblərinə uyğun şəkildə inkişaf etməli və yeni anlayışları ifadə etmək imkanına malik olmalıdır. Dünyada gedən proseslərdən kənarda qalmaq mümkün deyil. Müasir texnologiyalar, yeni elmi istiqamətlər, ictimai və mədəni proseslər yeni anlayışların meydana çıxmasına səbəb olur. Azərbaycan dili də bu yenilikləri ifadə edə biləcək şəkildə daim zənginləşməlidir.

Əsas məsələ yeni söz və anlayışların Azərbaycan dilinin daxili imkanları, dilin qrammatik və fonetik xüsusiyyətləri nəzərə alınmaqla mənimsənilməsidir. Həmçinin milli mədəniyyətlə müasirlik arasında düzgün balansın qorunması vacibidir. Müasir dünyaya inteqrasiya etmək milli dəyərlərdən imtina etməyi tələb etmir. Eyni zamanda, keçmişə bağlılıq da inkişafın qarşısını almamalıdır.

Müasirləşmək adı altında milli mədəniyyətdən imtina nə qədər təhlükəlidirsə, dünənə qapanıb qalmaq da bir o qədər ziyanlıdır. Çünki zaman çox sürətlə inkişaf edir".

Nurəddin Mehdixanlı bildirib ki, Azərbaycan dilinin gələcəyi, ilk növbədə, bu dildə danışan insanların sayından və onların ana dilinə münasibətindən asılıdır: "Dil yalnız qorunmaqla deyil, gündəlik həyatda, ailədə, təhsildə, mədəniyyətdə, ictimai mühitdə və informasiya məkanında fəal şəkildə istifadə olunmaqla yaşadılır. Dildə danışılmalıdır ki, dil yaşasın. Dildə danışılmazsa, dil yaşanmaz".

Xalq artisti müasir dünyada bir neçə dil bilməyin vacibliyini də qeyd edib: "Azərbaycan vətəndaşının bir neçə xarici dil bilməsi onun dünyaya çıxış imkanlarını genişləndirir, lakin bu, ana dilindən uzaqlaşmaq və ya imtina etmək hesabına baş verməməlidir. Xarici dilləri öyrənmək dünyanı tanımaq üçün mühüm vasitədir, ana dilini qorumaq isə milli kimliyin və mənəvi yaddaşın yaşadılması baxımından fundamental əhəmiyyət daşıyır.Azərbaycan dilinin gələcək nəsillərə sağlam və zəngin şəkildə ötürülməsi üçün həm dövlət və ictimai qurumların, həm təhsil və mədəniyyət müəssisələrinin, həm də hər bir vətəndaşın üzərinə mühüm məsuliyyət düşür. Ana dilinə gündəlik münasibət, bu dildə düzgün və səlis danışmaq, yazmaq və onu yaşatmaq dilin gələcəyinə verilən ən böyük töhfələrdəndir".

Mənbə: AZERTAC

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

21 oktyabr 2020-ci il: Vətən müharibəsinin 25-ci günü

Bütün xəbərlər
Dünən, 17:32

Azərbaycanda yeni dələduzluq üsulu: Süni intellektlə yaxınlarının səsini təqlid edirlər

Kriminal
Dünən, 16:20

Lənkəranda oğul paltaryuyan maşına görə anasını döydü

Bütün xəbərlər
Dünən, 15:40

Lənkəranın yetişdirdiyi sənər adamları

Bütün xəbərlər
Dünən, 15:00

Bəzi yerlərdə leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Bütün xəbərlər
Dünən, 14:15

Lənkəran çayının sahili zibilliyə çevrilib - VİDEO

Bütün xəbərlər
Dünən, 13:30

Vətən müharibəsi şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 12:55

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 12:20

Lerikli şəhidimizin ad günüdür

Kriminal
Dünən, 11:45

Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Kriminal
Dünən, 11:07

Cinayətdə şübhəli bilinən 50 nəfər saxlanıldı

İdman
Dünən, 10:30

Lənkəranlı idmançı ABŞ-də rəqibini nokaut etdi

Bütün xəbərlər
Dünən, 09:57

Biləsuvarda qəza baş verib – ölən var

Bütün xəbərlər
Dünən, 09:21

Astarada kişi pilləkəndən yıxılaraq ölüb

Siyasət
Dünən, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Siyasət
Dünən, 00:01

20 oktyabr 2020-ci il: Vətən müharibəsinin 24-cü günü

Bütün xəbərlər
19 oktyabr 2026, 17:54

FHN-in Cənub Regional Mərkəzi təlim keçirdi

Kriminal
19 oktyabr 2026, 17:30

Şantajda təqsirləndirilən iki sayt rəhbəri ilə bağlı QƏRAR

Bütün xəbərlər
19 oktyabr 2026, 16:55

18 yaşlı astaralı şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
19 oktyabr 2026, 16:20

Azərbaycanda xərçəng xəstəliyinə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Kriminal
19 oktyabr 2026, 15:45

Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı

Bütün xəbərlər
19 oktyabr 2026, 15:10

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkarlandı

Bütün xəbərlər
19 oktyabr 2026, 14:35

Sabah hava necə olacaq?

Bütün xəbərlər
19 oktyabr 2026, 14:00

Lənkəran Dövlət Universitetində 49 min manatlıq layihə hazırlanacaq

Oxşar xəbərlər