Masallı rayonunun Yeyənkənd kəndində qəzalı vəziyyətdə olan işıq dirəyi yenisi ilə əvəz olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 iyun tarixində verir.
Bir müddət öncə saytımız vasitəsilə müraciət edən sakin bildirib ki, dərhal sonra “Azərişıq” ASC-nin Masallı Elektrik şəbəkəsinin əməkdaşları dirəyə baxış keçirib və onun yenisi ilə əvəz olunmasını təmin ediblər.