top
 “Yaşlı qadın balta götürüb subay qızları qapıdan qovur” – Lənkəranda Novruz adətləri – ÖZƏL MÜSAHİBƏ
15 mart 2025, 06:28
- ↺ +

 “Yaşlı qadın balta götürüb subay qızları qapıdan qovur” – Lənkəranda Novruz adətləri – ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cenublu.az–ın bugünkü müsahibi Xalq artisti Nurəddin Mehdixanlının qardaşı Xalq artisti Qabil Quliyevin qızı Lənkəran şəhəri Boladi kəndi 1 saylı Kitabxanasında çalışan kitabxanaçı Ləman Mehdixanlıdır. O, cənub bölgəsinin Novruz adət-ənənələri haqqında bizə məlumat verib.

Müsahibəni təqdim edirik:

- Özünüz haqqında məlumat verməyinizi istərdim.

- Lənkəran şəhərində yaşayıram. Pedaqoji təhsilim olsa da, 1998-ci ildən Lənkəran şəhəri Boladi kəndi 1 saylı Kitabxanada kitabxanaçı olaraq çalışıram.

- Novruz bayramı sizin üçün nə ifadə edir?

- Novruz bayramı qədim milli bayramımızdır. Mənə görə ən gözəl bayramdır.

- Cənub bölgəsində Novruz necə keçirilir?

- Hər yerdə olduğu kimi cənub bölgəsində də xanımlar bayram üçün evləri təmizləyir, imkan daxilində yeni nə isə alırlar, hər kəs bayrama hazırlaşır. Bazarlıq edib, Novruz şirniyyatlarından hazırlayırlar. Novruz bayramında nişanlı qızlarımıza xonçalar gəlir. Xonçada bütün naz-nemətlər olur. Bununla yanaşı hər hansısa zinət əşyası da xonçada aparılır. Biz xüsusən ilaxır çərşənbəni qeyd edirik. Bayramı da martın 20-də qeyd olunur.

- Novruz süfrəsi üçün hansı yeməklər və şirniyyatlar hazırlanır? Novruz çərşənbələri necə təşkil olunur?

- Bütün çərşənbələr qeyd olunur. Yeməklər bişirilir. Çərşənbələrdə hər kəs biri-birini təbrik etməlidir.

İlaxır çərşənbəni cənub bölgəsi ümumiyyətlə çox gözəl keçirir. Süfrə mütləq şəkildə bol olmalıdır. Hamı bir-birinə xeyir-dua verməlidir. İlaxır çərşənbədə süfrələrimizdə plov olur. İspanaqdan tərə, səbzi kükü bişirilir. Balıq ləvəngisi hazırlanır. Yumurta boyayıb, süfrələrə qoyurlar. Bütün Novruz şirniyyatları ilaxır çərşənbədə süfrədə olur. Bizim xüsusi qəndi külçə adlı şirniyyatımız var. Onu sırf lənkəranlılar bişirir.

Süfrədə 7 dənə “s” hərfi ilə başlayan nemətlər düzülməlidir. Su, sarımsaq, sünbül, səməni, sırğa, sumax, süd… Bəzən qızıl sırğanı suyun içərisinə atırlar. Zənginlik mənasında masaya qoyulur. Düşünülür ki, ilini necə qarşılayırsansa, elə də keçəcək.

- Cənub bölgəsində Novruzla bağlı hansı xüsusi inanclar və əfsanələr mövcuddur?

- Bəli, xüsusi inanclarımız var. Hər birinə əməl də olunur. Qapı pusub, qulaq falına çıxırıq. Evlərdə həmin günü xoş, gözəl söhbətlər edilməlidir. Fikirləşməlisən ki, qapıda qulaq asan xoş sözlər eşitsin. Subay qızlar üzük falına baxırlar. Tikə yeyib, gecə yastıqlarının altına da qoyurlar.

Bizdə bir inanc da var. Bar gətirməyən ağacı çərşənbə axşamı “qorxudurlar” ki, növbəti il yaxşı bar gətirsin. 30 yaşı keçən evlənməyən qızlar olur. Yaşlı qadın balta götürüb, qapını açıb onu qovur. Gələn il çərşənbəni ər evində keçirməsi üçün edilən adətdir. Həyətdə ocaq yandırıb şabalıd qızardılır, lavaş və kətə bişirirlər.

- Novruzda xüsusi bir geyim və ya simvolik əşyalar istifadə olunurmu?

- Bizim milli geyimlərimiz var. Onu insanlarımız geyinib çölə çıxmırlar. Lakin uşaqlar üçün bayramda yeni geyim alınır.

- Novruzda keçirilən şənliklərdə hansı oyunlar və əyləncələr təşkil olunur?

- Xüsusi əyləncə odur ki, uşaqlar tonqaldan hoppanır, yumurta döyüşdürür, oynayıb, mahnı oxuyurlar. Qədim dövrdə isə daha fərqli keçirilirmiş. Hər kəs bir-birinin evinə gedib talış dilində bayatılar deyirmişlər. Od üstündən tullananda deyirik ki, xəstəliyim bu ildə qalsın və ya bu odda yansın. Dərdim, sərim bu odda yansın. Gələn günlərim xoş olsun.

- Novruzun sonunda hansı mərasimlər və ya adətlər yerinə yetirilir?

- Novruz bayramının səhəri günü hər birimiz böyüklərimizin ziyarətinə gedirik. Onları bayram münasibəti ilə təbrik edirik. Onlar da bizim uşaqlarımıza hədiyyə verirlər.

- Novruz adət-ənənələri yeni nəsillərə necə ötürülür?

- Biz bu bayramı hər zaman xüsusi qeyd edib övladlarımıza göstərməliyik ki, tariximiz itməsin. Nəsildən-nəslə bu bayramı ötürməliyik. Zənn edirəm ki, yeni nəslə bu şeylər o qədər də maraqlı deyil.

- Novruz bayramının sizə gətirdiyi ən gözəl xatirələr hansılardır?

- Bu bayram uşaqlıq illərimizdə daha maraqlı idi. Yeni geyimlər alırdıq. Tonqal qalanardı. Hər birimiz həyətə düşüb, oyunlar oynayardıq. İndiki uşaqlarda o şənliyi və əhval-ruhiyyəni görmürəm. Bayramın gözəlliyini sanki görə bilmirlər. Kaş ki, yenə həmin illər olardı, uşaqlığımıza qayıda biləydik.

- Gənclərə nə aşılamaq lazımdır?

- Gənclərimizi vətənpərvər böyütmək, heç nəyi unutmamağı aşılamaq lazımdır. Adət-ənənələrimizi, tariximizi unutmasınlar. Gənclərə aşılamaq lazımdır ki, özümüzü bütün dünyaya tanıtmaq üçün tariximizi gözəl bilməliyik.

 

Nəzrin Vahid

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Bu gün, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Bu gün, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Dünən, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Dünən, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
08 noyabr 2026, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Oxşar xəbərlər